Aida

Aida
@Sensitive_
10/10
·216 syf.··
2025 1. kitabı
Kitab ilk başlayandan sonuna qədər çox axıcıdır.Əgər kitab oxumağa ara vermisinizsə sizi yenidən aktiv bir oxucuya çevirə biləcək bir kitabdır. Kitabda sanki bir mələk və şeytanın düşüncələrini oxuyursunuz və sizi xüsusən şeytan deyə adlandıra biləcəyimiz Lord Henry-nin fikirləri düşündürəcək.Henry-nin fikirləri ilə çoxumuz razılaşmasaqda bəzi düşüncələri cəmiyyət qorxusundan irəli gələrək basdırılmış hissləri ifadə edir. Kitabda gözəlliyin, estetikanın varlığına dair çox maraqlı fikirlər var. Kitabın sonu isə sizi heyrətə salacaq deyə bilərəm. Kitabda ən sevdiyim fikir isə bu olmuşdur: “Real faktlar dünyasında günahkarlar cəzalandırılmır, günahsızlar isə mükafatlandırılmır”
Dorian Qreyin PortretiOscar Wilde · Qanun Nəşriyyatı · 201999,2bin okunma