"Ustadlar vacibdir, amma kitablar daha gözəldir - bunu unutma. Adamın kitabxanasının olması isə o deməkdir ki, onun min şagirdi var. Başlıcası öyrənməkdir. Nadanlar dəstəsi güman edir ki, bu dünyaya yeyib-içməyə, yaxud dava salmağa gəlmişik, ya da oğul-uşağa qarışmağa. Halbuki əsas işimiz biliyimizi artırmaqdır. Buna görə də buradayıq."