- Görəsən, orda, uzaqlarda xoşbəxt olacam?
- Uzaqlarda həmişə hamı xoşbəxt görünür. Sonra sən gedib o "uzaqlara çatırsan və görürsən ki, sən demə, qeyri-adi heç nə yox imiş
- Niyə hər dəfə üzünü çevirirsən?
- Bilmirəm.
- Bəs sən özün niyə eləyirsən?
- Yadımda saxlayıram.
- Nəyi?
- Səni...
- Mən axı buradayam.
- İndi buradasan. Sonra olmayanda gözümü yumub yadıma salacam.