Gözüm görməsə də səndən bir əsər,
Eşqin ki, daima bir yadigardır?
Sənin camalınla nə işim vardır?
Uğrunda çəkdiyim hər əzab xoşdur,
Əzabın eşqimə həmdəm olmuşdur.
Tək eşqin göstərsə mənə özünü,
Görməsəm də olar sənin üzünü.
Dedi: " Ey yarama duz səpən dildar,
Bir zaman Leyliydim, indisə nakam.
Məcnundan min dəfə artıq məcnunam.
Bəxtinin ulduzu batan aşiqdən
Min dəfə şiddətli divanəyəm mən.
Böyüklərə deyəndə ki " Qırmızı kərpicli gözəl bir ev gördüm, pəncərələrində ətirşahlar, damında göyərçinlər vardı", onlar bunu, özünü öldürsən də təsəvvürlərinə gətirə bilməzlər. Gərək onlara belə deyəsən: "Bir ev gördüm , qiyməti 100 min olardı", cavabında həyəcanla deyəcəklər: "Onda evə söz ola bilməz!"