Psixoloji dedektiv mövzuda yazılmış əsər holdinq sahibi Akif Süleymanovun müəmmalı ölümü ilə başlayır. Hadisə intihar olaraq bilinsə də, həqiqət daha sonra aydın olur.
Əsərin personajları:
Dr.Səid- tibbi bititib, həkim kimi yox dedektiv kimi fəaliyyət göstərir. Və o intihar hadisələrini araşdırır. Hadisəni araşdıran zaman olduqca soyuqqanlı olan bu oğlan, heç də araşdırmadan sonra da belə qala bilmir. Ölümlər ona təsir edir.
Diqqətliliyi, gizəmli halları ilə olduqca diqqət çəkir
Aidə- əsərin kilit nöqtəsi, dərin baxışları var. Elə Səidi ona cəlb edən də bu dərin baxışları və sirli həyatıdır. Gündəlik yazır tez-tez. Bir qardaşı var, Arif və bir də anası. Atası Kamal, Arif Süleymanovla birlikdə işləyiblər, kiçikkən vəfat edib
Səadət xala- Səidin anası və əsla aşa bilmədiyi tabu. onun sadəcə anası var, atası 1 yaş yarımında müəmmalı şəkildə yoxa çıxıb. Bununla qadın uzun müddət psixoloji çətinliklər yaşayır. Düşünürəm ki, əsərin ikinci hissəsində bu hadisə açılacaqdır
Ülviyyə- Səidin nişanlısı, anasının istəyi ilə Səid Ülviyyə ilə nişanlanır. Türk seriallarını çox sevir kitab oxumaq ilə arası heç yoxdur. Gözəl xanımdır, bacarıqlı, əlindən hər iş gəlir, lakin Səid üçün yaradılmayıb
Şahmar müəllim- yaşlı fotoqraf və Səidin müəllimi
Hacı və Almila- Səidin dostları, onu Aida ilə tanış edirlər
4+1 Qardaşlar - Eldar qrupun rəhbəri, Ceyhun yaraşıqlısı, Tağı aəıllısı, Vladik kəşfiyyatçısı, və bir də itləri. Dedektivlik edən qardaşlar, Xavərin sifarişi ilə nişanlısı Aslanın ona xəyanət edib, etmədiyini öyrənməyə çalışırlar. Lakin sifarişçinin ölümü ilə işlər qarışır və onlar Dr. Səidə müraciət edir.
Mirzə - Səidin dostu, uzunmüddət öncə bir qəza keçirir və ailəsini itirir. Həmçinin o artıq yeriyə də bilmir. Heç nə xatırlamadığını iddia edir. Kitab oxumağı çox sevir və