Shabi Gasim

Shabi Gasim
@ShabiGasim
Bu metin Azerice dilinden otomatik olarak çevirilmiştir. Orjinali Göster
Kitapları, bulutları ve kısacası huzuru seven biri
356 syf.
7/10 puan verdi
·
Beğendi
Hər kəsə salam. Bu gün sizinlə Yanvar ayında oxuduğum Yaponya məsləhətçisi Mari Kondonun “Evini də sahmana sal, həyatını da” kitabı haqqında fikirlərimi paylaşacağam. Kitabda “KonMari” metodu haqqında danışılır.Ümumi əşyalarımızın, geyimlərimizin saf-çürük edilmə prosessi izah olunur. Bəyəndiyim və ilk dəfə olaraq bu kitabda oxuduğum nüans da o idi ki, əşyalarımızın bizə sevinc bəxş etməsi haqqında geniş bəhs olunmuşdu . İstifadə etdiyim əşyalar mənə sevinc bəxş edirmi yoxsa sadəcə onu əşya olduğu üçün saxlayırdımmı bilmirdim.Kitabdan sonra “KonMari” metoduna addım-addım uyğunlaşaraq əşyalarımı saf-çürük etdim. Sevinc bəxş edən əşyalarıma təşəkkür etdim.Artıq yollarımızı ayırmalı olduğum əşyalara isə həyatımda bir rolunun olduğu üçün minnətdar edib, bu rolun başa çatdığını söyləyib ayrıldım. Kitabda həyatımızı da, evimizi də sahmana salmaq haaqında çox gözəl danışılıb.Tövsiyə edəcəyim kitablardan oldu. Oxumağa ayırdığım zaman üçün peşman deyiləm. Sonadək oxuduğunuz üçün Minnətdaram!
Evini Də Sahmana Sal, Həyatını Da
Evini Də Sahmana Sal, Həyatını DaMarie Kondo (Konmari) · Teas Press · 0211 okunma
Reklam
246 syf.
10/10 puan verdi
·
Beğendi
Hər kəsə salam Bu gün sizə oxumağınızı tövsiyə etməyəcəyim bir kitab haqqında yazacağam Çünki, oxuduqdan sonra yuxularınız ərşə çəkiləcək,liftlərdən yalnız başınıza istifadə edə bilməyəcəksiniz.Nə zaman ki, bayquş görəcəksiniz ürəyiniz qopacaq və daha bunun kimi başqa qorxularınız baş alıb gedəcək. Qorxdunuzsa keçək kitab təhlilinə Xanın “Sancaqlı kölgələr və Leyla Xuni” kitabı olduqca maraqlı və bir o qədər də qorxuludur.Ən azından mənim üçün bu belədir. Sadəcə, qorxularının üzərinə getmək istəyənlər üçün mükəmməl kitabdır deyə bilərəm. Mən hər zaman qorxularımın üzərinə addım atmağı seçmişəm, elə buna görə də @azerbaycanoxuculari ilə olan görüşdə kitabın məzmunu, müzakirə zamanı məndə maraq oyatdı. Kitabı @bookzone.az dan əldə edib başladım oxumağa. Olduqca axıcı kitabdır, başlayan kimi əldən qoymaq mümkün deyil, əldən ki, qoydunuz maraq qalır kitabda nə baş verəcək deyə. Kitabda Ayxan və Toğrulun dostluğu məni çox heyrətləndirdi, sizcə belə dostlar varmı hələ də real həyatımızda? Daha detallı yazmıram ki, marağı itməsin Qeyd: Mən özümə bu il Gənc (yeni) Azərbaycan yazıçılarının kitablarını daha çox oxuyacağıma söz vermişəm. Sözsüzki, “Sancaqlı kölgələr və Leyla Xuni” bu sıyahıda yerini heçkəsə verməyəcək. Uğurlar diləyirəm sizə @xan_hesen Siz yazın, yazın ki, fərqli oxucular oxusun
Sancaqlı Kölgələr və Leyla Xuni
Sancaqlı Kölgələr və Leyla XuniXan · Strauss · 202341 okunma
128 syf.
9/10 puan verdi
Hər kəsə salam. Bu gün sizinlə, uzun müddətdir ki, oxumaq istədiyim kitab haqqında yazacağam.Uzun müddətdir oxumaq istəyib, amma oxumamaq.Səbəbini isə özüm də bilmirəm) Düşünürəm ki, zamanı bu gün imiş. Küçük Prens hər insanın oxuması lazım olan kitablardan biridir deyə düşünürəm.Kitabı ilk vərəqlədiyimdə, uşaq üçündür, niyə oxuyuram ki dedim)) Daha sonra növbəti bölümlərini oxuduqca yaxşı ki, oxudum deyirəm. Oxuyan zaman, həyatımızın necə dəyərli olduğunu, insanları, ətrafımızın necə qədrini bilməli olduğumuzu anladım. Küçük prensin bir çiçəyinə göstərdiyi sevgi, saflıq, ona zərər gələcək deyə keçirdiyi təlaş, hamısı necə zərifliklə oxucuya çatdırılmışdı. Daha uzun yazmayaq istəmirəm, amma qəlbimin dərinliklərində küçük prens hər zaman qalacaq. Hər zaman ulduzlara baxanda, onu xatırlayacağam
Küçük Prens
Küçük PrensAntoine de Saint-Exupéry · Beyaz Balina Yayınları · 0236,5bin okunma

Okur Takip Önerileri

Tümünü Gör
285 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Hər kəsə salam. Bu gün Gənc yazarlarımızdan biri, kitabı ilə 1000K tətbiqi vasitəsiylə tanış olduğum Nəimi İsmayılzadənin *Qarmaqarışıq* adlı kitabı haqqında fikirlərimi bölüşmək istəyirəm. İlk öncə, onu qeyd etmək istərdim ki, kitabı oxuyan zaman məyusluq hissi keçirməyimin ilkin səbəbi kitabı məhs pdf şəklində oxumaq idi, çünki mən kitabı
Qarmaqarışıq
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024112 okunma
244 syf.
10/10 puan verdi
·
Beğendi
Azərbaycan Yazarları
Yazarın qələmindən oxuduğum ilk kitabım oldu. Kitabı oxuyarkən Kərəmin bir milyon dollar tapması düzü desəm məni sevindirmişdi, özümü Kərəmin yerinə qoyub ‘görəsən mən tapsaydım necə olardı sonum? ’ dedim oxumağa davam etdim.Kərəmin sonunun belə olacağını düşünməmişdim,çüni biz eşitmişik və beynimiz öyrəşib ki, “pul insanları xoşbəxt edir” , “pul xoşbəxtliyə gedən yolda önəmli faktordur” daha çox spoiler verməyim.Amma olduqca çox maraqlı kitab idi.Oxumaqdan yorulmadım, düşündürücü və insani keyfiyyətləri əhatə edən mövzusu var idi zənnimcə.Kitabın sonu məncə hamını biraz da olsa fikrə salacaq və düşündürəcək.Ümumiyyətlə, son olaraq fikirlərim: kitabı bəyəndim və düşünürəm bu Qaraqandan oxuduğum ilk amma son olmayan kitab olacaq.
Qaraqan
Qaraqan
təşəkkür edirəm.
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım OlsaydıQaraqan · Əli və Nino Nəşriyyatı · 20141,153 okunma
Reklam