Aceso

200 syf.
10/10 puan verdi
·
Beğendi
·
18 saatte okudu
Bu kitabı oxumağıma təşviq edən @flower_0000
Samirə Abbasova
Samirə Abbasova
təşəkkür edirəm. Mövzu Kitab Amerikada olan 2-ci Vətəndaş Müharibəsi 1861-1865-ci illərdən sonraki dövrdən bəhs edir. Klub qurulur, Gun-Club. Müharibə bitəndən sonra o klubun üzvülərinin heç bir məşğuliyyəti olmur. Neçəsi müharibədən sonra əlil olur. Onlar yenidən müharibə istəyirlər.
Aya Yolculuk (Çocuk Klasikleri)
Aya Yolculuk (Çocuk Klasikleri)Jules Verne · Bilgi Yayınevi · 201310,5bin okunma
Reklam
80 syf.
10/10 puan verdi
·
Beğendi
·
2 saatte okudu
Stefan Zweig-dən oxuduğum 2-ci kitab oldu. 1-ci kitab kimi çox bəyənmişdim. Zweig hissləri çox gözəl ifadə edir. Şahmat kitabında bir insan necə bir oyundan asılı olur, ona görə dəli vəziyyətinə düşür o hissi, bu kitabda isə adından bilindiyi kimi qorxu hissini insana çox gözəl hiss etdirir. Kitabı oxuyarkən mən də əsas obraz kimi qorxu hissini çox gözəl hiss etdim. Mövzu Əsas obraz İrene həyat yoldaşı, vəkil Fritzli piyanist Eduard ilə aldadır. Ancaq Eduardın yanından getdikdən sonra bir qadın qarşısına çıxır, onun nə etdiyini deyir, bu zaman İrene qorxaraq ona 100 kron verir. Kron burda Avstiya kronu yəni Avstiyanın pul vahidi nəzərdə tutulur. İlk dəfədən sonra İrene qorxur, ancaq düşünür ki, onun ailəsi nəcabətlidir, ona heç nə edə bilməz. Ancaq qadın onu tərk etmir. İrene yenə Eduardın yanına gedir, qayıtdıqdan sonra İrene o qadını evinin qarşısında görür və qadın yenidən pul istəyir. İrene bu zaman başa düşür ki, qadın onun şəxsi məlumatlarını bilir. Bundan sonra onu qorxu hissi bürüyür. Hər yerə izlənmə qorxusu ilə gedir, evində də qorxu hisslərini yaşayır. Axşamları rahat yata bilmir, onu narahat edəcək yuxular görür, yuxudan qışqıraraq oyanır. Bir gün yuxudan ayılanda həyat yoldaşının ona qəribə baxışlarla baxdığını görür və ona qarşı olan davranışlarının dəyişdiyini hiss edir. Kitab həm də çox axıcı kitabdır. Hər kəsə tövsiyə edirəm.
Korku
KorkuStefan Zweig · Türkiye İş Bankası Yayınları · 2022104bin okunma
248 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Bu son zamanlarda distopik kitablar oxuyuram. Bu kitab da distopik kitab idi. Həm mövzusu, həm axıcılığını çox bəyəndim. Mövzu Bir sistem yaradılıb. Qız uşaqları müəyyən yaşa çatanda seçim edirlər. Əslində özləri etmir. Bir bilet çəkirlər, bu bilet ya mavi, ya da ağ rəng olur. Hər iki rəngin öz mənası var. Əgər nəticə mavi rəngdirsə, evlənməməli və uşağın olmamalıdı, sadəcə iş həyatın olur. Əksinə ağ rəng olursa, iş həyatın olmur, evlənməli və uşağın olmalıdır. Yəni hər iki tərəf də bir-birinə həsrət aparır. Mavi bilet çəkənlər bir müddətdən sonra ağ bilet çəkənlər kimi olmaq istəyir, ağ bilet çəkənlər isə mavi biletlilər kimi. Ancaq belə insanlar olmaya da bilər. Amma baş obrazımız Calla digər bileti çəkənləri şanslı görənlərdəndir. O da yaşı çatanda biletini çəkir və mavi olur. Əslində qızlar arasında ilk vaxtlar təkcə qızlar yox hamı mavi biletliləri daha şanslı görür. Calla da belə düşünür. Həyatının ilk illərini bəyənir, razı olur. Ancaq bir müddət sonra o da istəyir evlənin və uşağı olsun. Ancaq bu sistemə qarşı gəlmək idi. Sonra bir gün R ilə qarşılaşır və onu sevir, sonra isə uşağı olacağını Calla bilir. Callanın həkimi istəyir onu fikrindən daşındırsın, amma olmur. Bu sistemdə həm də qadınlar bir qayda ilə həkimə getməli idilər. Həm fiziki cəhətdən, həm də psixoloji cəhətdən lazım idi bu həkimlər. Sonra həkimi Callaya kömək edir burdan qaçsın. Beləliklə, kitabın əsas hissələri başlayır. Kitab oxunmağa dəyər kitabdır, hər kəsə tövsiyə edirəm.
Mavi Bilet
Mavi BiletSophie Mackintosh · Can Yayınları · 2020481 okunma

Okur Takip Önerileri

Tümünü Gör
348 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Bu kitab keçən yaydan bəri oxuyacaqlar siyahımdadır və bu ay müzakirə sayəsində bu kitabı oxudum. Oxumağa dəyər kitablardan biridir. Mövzusu digər kitablardan çox fərqlidi. Kitabın yazım dili də çox axıcıdır. Həm də bu kitabı mən kitaba aid çəkilmiş filmin musiqiləri ilə bərabər oxudum, elə oxumaq çox gözəldi, kitabdakı duyğuları hiss etməyə çox
Məni Heç Vaxt Tərk Etmə
Məni Heç Vaxt Tərk EtməKazuo Ishiguro · Teas Press Nəşriyyatı · 20177,9bin okunma
376 syf.
9/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Kitabı mənə tövsiyə etdiyi üçün
admiral914
admiral914
təşəkkür edirəm. Kitabda əsas obraz Olive-dir. Olive sevgiyə inanmayan insanlardan biridir. Ancaq bəyəndiyi bir nəfər olur. Jeremy. Ancaq sonra hiss edir ki, yaxın dostu Anh o oğlanı bəyənir və Olive özü də istəmir Jeremy-i. Ancaq Anha inandıra bilmir ki, Jeremy sevmir və ona yalan deyərək başqa istədiyi şəxs olduğunu deyir və inandırmaq üçün koridordan keçən bir nəfəri öpür. Ondan sonra əsas hadisələr başlayır. Öpdüyü şəxs də Adam Carlsen olur. Olive doktora öğrencisi olur Stanfordda. Adam isə doktor olur. Anhı inandırmaq üçün ikisi saxta sevgili rolunu oynayırlar. Ancaq bir müddətdən sonra bir-birlərinə qarşı olan münasibətləri dəyişilir. Kitabın mövzusu elə fərqli deyil, amma özünü sevdirə bilən kitabdır. Həm də çox rahat oxunulan kitabdır.
Aşk Hipotezi
Aşk HipoteziAli Hazelwood · Nemesis Kitap · 20223,825 okunma
Reklam
Reklam
57 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.