Bu kitab mənə uzun müddətdir davam edən "reading slump"dan çıxmağıma kömək etsə də, hekayəsi mənə çox dayaz hiss etdirdi. Hekayə axıcıdır və özünü sona qədər oxutdurur. Lakin buna baxmayaraq hekayə sanki nə istədiyini bilməyən və sevgi hissləri daim dəyişən obrazların ani qərarlarından ibarətdir.
Vaxt keçirmək və oxuma vərdişinin təkmilləşdirilməsi üçün yaxşı seçimdir, lakin əgər "dərin" duyğular axtarırsınızsa, bu kitabda tapa bilməyəcəksiniz.