"...Madam Mişeldə kirpi zərifliyi var: kənardan baxanda üzəri tikanlarla örtülüb, o sanki o bir qaladır, tikanlar isə qalanı qoruyan çəpərlərdir. Amma bu tikanlara rəğmən daxilində sadəcə kənardan heç kimi özünə yaxın buraxmayan acıqlı bir heyvan kimi görünən, əslində isə olduqca mehriban canlı olan kirpilərə məxsus zərif sadəlik yatır..."
"...Mən anladım ki, saf ağıl öz-özlüyündə heç bir məna kəsb etmir. Bizim universitetdə ağıl, təhsil, bilik - hamısı ilahiləşdirilir. Ancaq mən sizin görmədiyiniz şeyləri də bilirəm: insan duyğularının hopmadığı çılpaq biliklərin bir qara quruş qədər dəyəri yoxdur. "