Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Elcernon Üçün Çiçəklər

Daniel Keyes

Yorumlar ve İncelemeler

Tümünü Gör
323 syf.
10/10 puan verdi
·
Beğendi
·
12 günde okudu
"Ağıllandıqca problemlərin də artmağa dəvam edir Çarli." İnsanlar başqalarına daima etiket qoymağı, onları bir şəkildə qəliblərə salmağı və yarğılamağı sevirlər. Sən "sən" olduğun üçün insanlar tərəfindən sevilməməyin nə olduğunu bilirsən? İstər kəmağıl Çarli, istərsə də ona bu möcüzəni yaşadan alimlərdən daha ağıllı olan Çarli. Hər ikisinin də ortaq nöqtəsi yalnız olmaqlarıdır. Kitabın başından sonuna qədər yazım şəkli sayəsində Çarlinin dəyişimini tam olaraq hiss edə bilirik. Dəyişimin necə başlaması və bitməsi xəttinin üzərində sanki yalın ayaq gəzirik. Çarli sadəcə olduğu kimi sevilmək, qəbul edilmək istəyirdi. Lakin bizim dünyamızda sevgi belə qəlibə salınıb və əgər sən bu qəlibə uyğun gəlmirsənsə insanlar səni qəbul edə bilmirlər. Çarli anadangəlmə kəmağıl bir insandır və bu hekayə isə onun həyatının dəyişməsi, onun insanları tanıması və özünə qayıtması ilə bağlıdır. Səncə hansı Çarli daha xoşbəxt idi?
Elcernon Üçün Çiçəklər
Elcernon Üçün ÇiçəklərDaniel Keyes · Qanun Nəşriyyatı · 014,9bin okunma
Reklam
323 syf.
9/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Görən kor olmağa davammı?
Kitabın sonu bu cümlə ilə bitir: P.S. Zəhmət olmasa əyər mümkündüsə Elcornonun qəbrinə çiçəklər qoyun.Arxa həyətdədi. Cümlədə " əgər" sözünün düzgün yazılmadığını gördünüz.Bu nəşriyyatın səhvi deyil. Bu əsər boyu rastlaşacağınız hal olacaq.Və məhz bu fərqlilik insanı çox üzəcək.Çarli hər gün başına gələnləri professorların göstərişi ilə
Elcernon Üçün Çiçəklər
Elcernon Üçün ÇiçəklərDaniel Keyes · Qanun Nəşriyyatı · 014,9bin okunma
323 syf.
9/10 puan verdi
·
5 günde okudu
Ürəkağrıdıcı, duyğulandırıcı və hər zərrəsinə qədər gerçək hekayə " THE BALTİMORE SUN... Olsun ki, daha yaxşı kitablar oxumuş, həyat təcrübəsi çıxarmış, fərqli kitablara üz tutmuş ola bilərik, amma hər kəsin şəxsi kitabxanasında, hətta deyərdim ki, stolunun üstündə olması lazım olan bir kitabdır. Əsər anadangəlmə əqli çatışmazlıq ilə doğulan Çarli Qordonun yalnız bir yaşının bir neçə aylıq dövrünə nəzərən yazılıb. Lakin bu dövrdə onun uşaqlığını, ailəsini, ətrafa qarşı və ətrafının ona qarşı olan münasibətini görə bilirik. "Axmaq" deyib ona lağ edən dostlarından yalnız sevgi uman, ağıllı olmaq istəyən və daha çox sevilmək istəyən Çarli Qordon... Bəs Çarli'yə aid bir kitab niyə "Elcornon üçün çiçəklər" adlanır ? Bax, bu sualın cavabını yalnız kitabı oxuyub anlamaq olar. Xüsusilə də son səhifəsini...
Elcernon Üçün Çiçəklər
Elcernon Üçün ÇiçəklərDaniel Keyes · Qanun Nəşriyyatı · 014,9bin okunma
323 syf.
8/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Diqqət! Bol spoiler var!
Mən bu kitabda bir insanın eniş və yoxuşlardan necə sürətlə keçdiyinə şahid oldum. Bir yol nə qədər sürətlidirsə, o qədər də çətin ola bilər. "Elcernon üçün çiçəklər" kitabının qəhrəmanı Çarli də bu yolları bəzən sevinc, bəzən isə, kədərin müşayiəti ilə keçməli olur. Əməliyyatdan əvvəlki Çarli əqli cəhətdən zəifliyi olmağına baxmayaraq, gülərüz və bir o qədər mehribandır. O, insanların onu sevməsini istəyir, buna görə də, başqaları kimi olmağa razılıq verir. Əməliyyatı uğurlu keçən Çarli öz keçmişini xatırlamağa və insanların ona qarşı olan münasibətini dərk etməyə başlayır. Həmişə dostları güldükcə sevinir, insanların onu sevdiyini düşünürdü. Sən demə, gülmək həmişə yaxşı deyilmiş. Çarlinin əqli inkişaf etdikcə, bu gülüşlərin səbəbini anlayır və onlardan narahat olmağa başlayır. Artıq onun dostları uzaqlaşıb, yanında yoxdurlar. Halbuki, dostlarının onu ağıllandıqdan sonra daha çox sevəcəyini düşünürdü. Bir müddətdən sonra Çarlini acı bir həqiqət- ağlı nə qədər sürətlə inkişaf edibsə, bir o qədər tez müddətdə geriləməyə başlacağı fikri qarşılayır və təbii ki, bu baş verir. Keçmiş həyatına geri qayıdanda, əvvəllər onu məsxərəyə qoyan dostları artıq Çarlini qorumağa başlayıblar. Əlbəttə ki, böyük dahi Çarli Qordonun bu vəziyyətə düşməyinə onların yazığı gəlib. Çarlinin isə, hələlik bunu anlayacaq qədər əqli var... P.S. "Əyər sənə gülməyə icazə verirsənsə çoxlu dosdun olacaq."- Çarli Qordon P.S.İnsanlar mərhəmət deyil, sevgi istəyirlər..
Elcernon Üçün Çiçəklər
Elcernon Üçün ÇiçəklərDaniel Keyes · Qanun Nəşriyyatı · 014,9bin okunma
Reklam
354 syf.
10/10 puan verdi
·
Beğendi
·
26 saatte okudu
Daniel Keyes
Daniel Keyes
Oxuduqlarım arasında məndə iz qoyan, diqqət çəkən mövzusu ilə məni dərindən təsirləndirən kitablar siyahısında ilk sıralarda yer ala biləcək bir əsərdir. Mövzunu izah edib kitabı oxumayanlara ipucu verib sehri pozmaq istəmirəm. Bu, məni çox kədərləndirən, hadisələrə baxışımı şübhə altına alan və hətta bir cəmiyyət olaraq insanlığımızı şübhə altına alan bir kitabdır. Tavsiye ederim)))
Elcernon Üçün Çiçəklər
Elcernon Üçün ÇiçəklərDaniel Keyes · Qanun Nəşriyyatı · 014,9bin okunma
360 syf.
·
Puan vermedi
·
Beğendi
Bu kitab haqqında düşüncələrimi öz dilimizdə yazacağam. Charli obrazını özümə bənzətmişdim. Haqsızlıq edirdim ona, çünkü mən deyildim o, amma bəzən Charli mənim kimi axmaq olurdu. Ailəsi onu sevsə idi... bax bunu bilmirəm, amma yəqin belə olmazdı. Bütün əsər boyu Çharlinin özünə yaxın hesab etdiyi bircə Elcernon var idi.
Elcernon Üçün Çiçəklər
Elcernon Üçün ÇiçəklərDaniel Keyes · Qanun Nəşriyyatı · 014,9bin okunma
323 syf.
·
Puan vermedi
Olduğun kimi qəbul olunmaq əslində nə qədər çətindir.Cəmiyyətin standartları var və sən o qəliblərdən kənara çıxdıqca görməzdən gəlinəcək,yox sayılacaqsan.Əsərdə var oluşumuzu,yaşadığımız həyatı sorğulayan bir çox məqamlara rast gəldim.Çarli bütün yaşadıqlarına baxmayaraq saf,təmiz qala bilməyi bacarır.Ona edilən bütün ikiüzlülükləri,yalanları sonradan dərk edir və beləliklə,əsl ağılsız insanların həqiqətdə kim olduğunu dərk edə bilir.Çarlinin əsərin sonuna yaxın keçirdiyi dəyişimi yenə tutularaq oxudum.Bəşəriyyətin səndən öyrənəcək çox şeyi var,Çarli
Elcernon Üçün Çiçəklər
Elcernon Üçün ÇiçəklərDaniel Keyes · Qanun Nəşriyyatı · 014,9bin okunma
323 syf.
10/10 puan verdi
·
18 saatte okudu
Duyğular və xatirələr “təcrübə siçanı” ola bilərmi?
Romanın sonunda göz yaşlarını saxlamaq mümkün deyil. “Ağıldankəm” Çarlinin Elcernon adlı təcrübə siçanı ilə müqayisəsi əslində insanlığa çox dərin şeylər anlatmağa çalışır. Elcernonun ölməsi - əslində, Çarli ilə onun həyat yolu bir yerdə kəsişir və haradasa eyni sonlanır. Sevgi, dostluq və səmimiyyətin heç bir İQ rəqəmindən asılı olmadığını göstərən bu romanı mütləq oxumalısınız.
Elcernon Üçün Çiçəklər
Elcernon Üçün ÇiçəklərDaniel Keyes · Qanun Nəşriyyatı · 014,9bin okunma
Reklam
323 syf.
9/10 puan verdi
·
Beğendi
Yazıçı kitabda əqli qüsurlu Çarli Qordonun beyin əməliyyatı nəticəsində qazanmış olduğu yüksək qavrama qabiliyyətini,bununla da həyatının 180 dərəcə dəyişilərək,dahi bir insana çevrilməsini,həmin bu prosses dövründə nə hisslər keçirdiyini,cəmiyyətin ona münasibətini,gənc Çarlinin ağrılı acılı tale yolunu,hələ uşaq ikən onu tərk edən valideynləri ilə illər sonra qarşılaşmasını və sonradan əqli geriliyinin geri qayıtmasına görə təkrar əvvəlki vəziyyətinə dönməsini incəliklə qeyd etmişdir.
Elcernon Üçün Çiçəklər
Elcernon Üçün ÇiçəklərDaniel Keyes · Qanun Nəşriyyatı · 014,9bin okunma
323 syf.
·
Puan vermedi
·
Beğendi
Daniel Keyes "Elcernon üçün çiçəklər"
Kitabı oxumağa başlayırsan bir ümidlə və bitdikdə böyük bir boşluğa düşmüş kimi hiss edirsən özünü. Nə qədər düşünürsənsə, analiz edirsən və bəşəriyyət üçün faydalı işlər görürsənsə bir o qədər yalnızsan... Çarlinin əməliyyatdan öncə ətrafında "dost"larının olması, əməliyyatdan sonra isə onların Çarlini aralarına qəbul etməmələri buna bir sübut idi. Oxuyun bu kitabı ,oxuyun. Və sonda Elcernon üçün çiçəklər qoymağı da unutmayın...
Elcernon Üçün Çiçəklər
Elcernon Üçün ÇiçəklərDaniel Keyes · Qanun Nəşriyyatı · 014,9bin okunma
9/10 puan verdi
·
Beğendi
Kitabı Qanun nəşrinin nüsxəsindən oxudum. Redaktor-korrektor işi həmişəki kimi qüsurlu. Türkiyə türkcəsindən tərcümə olunduğu açıq aşkar görünür. Söz seçimi, bəzi yerlərdə tikan kimi adama ilişir. Bəzi sözlər tərcümə belə olunmayıb. Əsərin özünə gəldikdə... Texnologiyaların günbəgün tərəqqi etməsi, məzmundaki elmi-fantastikanı "möcüzəvi" sayılmaqdan çıxarır, sehrini öldürür. Geriyə qalır - əsərin əsas ağırlığını çiynində daşıyan ailə münasibətləri, ailənin və cəmiyyətin fərdin şüur dinamikası ilə müvafiq qarşılıqlı təsiri. Əsərdə din-tanrı-inanc spektoru demək olar ki inkişaf elətdirilməyib. Adətən görürük ki, əksər yazılarda təkmil insan şüuru yaradanı axtarır, hadisələrin və fikirlərin inkişafında tanrı ilə məsələni həll edir. Bu əsərdə din birmənalı olaraq müzakirə mövzusu deyil. Sujet kifayət qədər axıcı və dramatikdir. Uzun bir yolda əla yol yoldaşı ola bilər. Xoş mütaliə.
Elcernon Üçün Çiçəklər
Elcernon Üçün ÇiçəklərDaniel Keyes · Qanun Nəşriyyatı · 014,9bin okunma
66 syf.
·
Puan vermedi
Algernon'a Çiçekler
Zihinsel ve fiziksel, özel gereksenimi olan bireylere nasıl davranıyoruz? Onlara kucak açıp aramıza alıyor muyuz yoksa dışlıyor muyuz? Ya da ilgilenir gibi görünüp arkalarından dalga mı geçiyoruz? Ağlanacak hâlimize gülüyor muyuz? Bu kitap insanlığımızı sorgulamamızı sağlıyor...Charlie, zeka geriliği olan 32 yaşında bir gençtir. İlerlemiş yaşına
Algernon'a Çiçekler
Algernon'a ÇiçeklerDaniel Keyes · Ark Yayınevi · 199414,9bin okunma
325 syf.
9/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Bilmek mi daha kötü yoksa bilememek mi? Bilemedim. En iyi roman ve en iyi kısa öykü ödülü alan, sonrasında filmi de yapılan bu kitap bana, bazı şeyleri tekrar düşünüp değerlendirmemi sağladığı için yazarına teşekkür ediyorum. İnsanlar arasındaki engellerden en büyüğü kuşkusuz zekâymış. Her şeyin fazlası zarar, azı yetersiz olduğu gibi; zeki
Algernon'a Çiçekler
Algernon'a ÇiçeklerDaniel Keyes · Koridor Yayıncılık · 201514,9bin okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.