Korpusa daxil olmaq üçün gələn gənclər tüfəng, güllə və yorğan-döşək alar-almaz, gecə bütün bu şeyləri yığışdırıb evlərinə qaçırdılar, onları tutub xidmət yerinə qaytaracaq qüvvə yox idi.
Bizim əlimizdə silah, cəbbəxana, ərzaq ehtiyatı, paltar və ayaqqabı yox idi...
İş çox çətin idi. Azərbaycan dilini bilən kifayət qədər zabit yox idi. Əsgərlər isə rus dilini əsla başa düşmürdülər. Orduya çağırış üçün siyahı deyən şey yox idi. Çoxunun yaş kağızı yox idi.
Hamı qoşun və kömək istəyir, lakin heç kəs öz oğul və qardaşını əsgərliyə vermirdi.
"Könüllülər" xidmət etməkdən artıq, qarətlə məşğul idilər.
Ailə mahir bir sənətkar tərəfindən düzəldilmiş sandıq deyil ki, alıb istifadə etmək olsun. Ailəni iki nəfər naşı və həyata təzəcə atılan, eyni zamanda bir-birini sevən iki adam qurmağa məcburdur.
Sevgi təhqirləri insana unutdurmur. Sevgi insanı bəzən şərəfsizliyə sürüklədiyi üçün insan təhqirin acılıqlarını hiss etmir, çünki təhqiri insana hiss etdirən bir şey varsa, o da şərəfdir.