Səma Qasımova

Səma Qasımova
@Shekerportakali
Mutluluk bizde olmadığı halde başkalarına vere bileceğimiz tek şeydir.
Spoiler!!! Biraz gec oldu ama yazmaq istədim.
8/10
·185 syf.··
Beğendi
·
2024 19. kitabı
·
4 günde okudu
·
Okunma: 19 Temmuz 2024 15:26
Mən Azərbaycan bədii ədəbiyyatına İsmayıl Şıxlı ilə başlamışam sözün düzü. Və əsərlərini də çox sevmişəm. İlyas Əfəndiyevin əsərini oxuyanda onun İsmayıl Şıxlıdan heç də geri qalmadığının şahidi oldum. Bu mənim İlyas Əfəndiyevdən oxuduğum ilk əsərdir. Kitaba oxucunu özünə çəkən sirli birşeylər var idi sanki. Obrazların cana yaxınlığı məni valeh etmişdi. Xüsusən Nuriyyə obrazı. Mən Nuriyyəni çox sevdim. Nuriyyəyə hər nə qədər yazığım gəlsə də o bu ifadəni sevmirdi özünə qarşı. Nurriyyə həmişə özünü güclü göstərməyə çalışır. Həmişə özündən nəsə fəda edir. Buna ən yaxşı nümunə onun canından çox sevdiyi leytenantı ilə yaşaya biləcəyi gözəl günləri başqasının xoşbəxtliyi üçün fəda etməsidir. Burda Nuriyyə haqlı idi mi? Bu biraz qəliz sualdır. Mən bu sualın cavabını hələ də axtarıram əslində. Murad obrazı sevgisinə vaxtında sahib çıxa bilməyən obrazdır mənim gözümdə. Xüsusən oğlanlar bəhanə gətirməyi çox sevirlər bu mövzuda. (Səni tapa bilmədim) Tapardın! Tapmayıb qaçıb tez biri ilə evlənib. Hətta ilk görüşdə qıza deyir ki, biz bir-birimizdən heç ayrılmayacayıq. Hər nə isə. Nuriyyə kimsəsiz olduğu üçün Muradda təsəlli tapır. Və bu başa düşüləndir. Ama onun əziz leytenantı gəlmir... Əslində Nuriyyənin Hümməti sevməyini çox istəmişdim. Hümməti gözümdə çox yaraşıqlı biri kimi təsəvvür etdim özümdən aslı olmayaraq) və xasiyyətcə də çox qəlbə yatımlı oğlan idi. Bunlardan başqa əsərdə çox zərif cümlələrə rast gəldim. Bunlardan biri: (o isə mənim üçün vətəndaşların ən əzizi deyil mi?) Cümlənin şirinliyi) Kitabda iki kənd arasında ziddiyyətlərin də şahidi oluruq. Elə Hümmət obrazı daha çox bunları həll etmək istəyəndə gözümə girmişti) Və bacarmışdı da. Nurriyyə o kəndə gələndə və kənddən gedəndə epizodları canlanır gözümdə. Tək canı ilə nələr etmişdi o? Nələr etməmişdi ki? Onun
Söyüdlü Arxİlyas Efendiyev · Avrasiya Press · 19591,311 okunma
Reklam
Spoiler
Puan vermedi·280 syf.··
2024 1. kitabı
·
5 günde okudu
·
Okunma: 22 Mart 2024 16:52
Bu kitab məni çox sarsıtdı. Ümumiyyətlə müharibə mövzuları insanı sarsıdır əlbəttə, ama bu kitab incə nöqtələrinə qədər həqiqətləri adamın üzünə çırpırdı. Baş qəhrəmanımız Leyla müharibə ilə tanış olduqda hələ çox gənc idi. Buna görədə müharibə başqalarından ona qat-qat ağır keçirdi. Onun yaşadıqlarından sonra ağlını itirməsi belə möcüzə idi. Onun müharibədən sonra insanlara güvəni qalmaması normal idi. Çünki əvvəl Leylaya xoş davranıb daha sonra isə hamısı eyni alçaq davranışlarını Leylaya göstərirdi. Ona ilk hadisə "Komandir" Beqi ilə başladı. Daha sonra isə Leyla Milanın komandasında da bunlarla qarşılaşdı. Buna görə də o Ratko və dostlarına bir xeyli vaxt inanmadı. Lakin onlar başqaları kimi olmadıqlarını ona sübut etdilər. Ratko məncə ziddiyyətli xarakterdir. Həm Leylanın xilaskarı, həm də onu anlamayan həyat yoldaşı. Ratko Leylanı çox sevirdi, lakin onu istəmədən olsa da incidirdi. Buna görədə Leyla artıq onun yanına qayıtmadı. Və onu anladığını düşündüyü İbrahimə aşiq oldu. Lakin sonralar gördü ki, İbrahim də məhz tipik kişilərdəndir. Ona görədə o həyatına tək oğluyla davam etmək qərarı almışdı. Bundan başqa o müharibənin əsas şahiddlərindən biri idi. Buna görə də həmin cani müharibə iştirakçılarına qarşı məhkəmədə ifadə verəcəkdi.
LeylaAlexandra Cavelius · Pegasus Yayınları · 20168,9bin okunma