Uşaqlarını sevən bir ana qədər güclü bir varlıq yoxdur bu dünyada.Çəkdiyi bütün çətinliklərə baxmayaraq bir dəfə belə olsun özünü düşünmədi həmişə ya ailəm ya uşaqlarım deyərək bitdi kitab..
Bəzən çox çarəsiz qalır insan,çox..
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20132,411 okunma
- Anam həmişə deyirdi ki, hamının payını ayırıb kənara
qoyurlar ki,o payı özü yeyə. Hərdən mənə elə gəlir ki,mənim payım olmayıb...
Bunların heç biri mənim öz payım deyildi. Heç vaxt heç kim mənim məhz özümün kim olduğumu,nə istədiyimi soruşmadı...
- Adam bu yaşa çatanda keçmiş onun üçün gözəlləşir.
Hətta pis günləri də gözəl görünür. Gənc olanda gələcəyi fikirləşirik.Gələn il necə olacaq, beş ildən sonra nə olacaq?
Tələsirik ki, günlər tez-tez keçsin və biz tez gələcəyə çataq.
Amma elə ki yaşa dolursan, daha gələcək olmadığına görə keçmişə baxırsan..