Şahin Zeynalov

Şahin Zeynalov
@Shnzynlv
2 okur puanı
Nisan 2026 tarihinde katıldı
10/10
·80 syf.··
Beğendi
·
2026 1. kitabı
Rəşid Nəsirzadənin “Və İstanbul kimisən…” kitabı sevgi, ayrılıq və tənhalığın lirik ifadəsi kimi diqqət çəkir. Kitabın ən gözəl tərəflərindən biri daxili monoloq xarakteridir. Şair sanki özü ilə danışır:” Darıxmaq” şeirində darıxma hissi insanlaşdırılır və “bir az sənə, bir az mənə bənzəyir” deyə təqdim olunur. Şeirlərdə səmimi və təbii duyğu ifadəsi,oxucuya yaxın dil,emosional təsir gücü öz əksini tapır. “Fərqlidir”,”Paralel dünya”,”Bağışla”,”Dönmə geri!” kimi şeirləri daha çox sevdim. Rəşid bəyə bol yaradıcılıq uğuru arzu edirəm!
Və İstanbul Kimisən...Rəşid Nəsirzadə · Elm və Təhsil Nəşriyyatı · 20268 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Puan vermedi
İlk olaraq, Nuray xanıma bu gözəl adımı üçün təşəkkür edirəm. Şəhidimizi, onun həyatını, qəhrəmanlığını geniş şəkildə təqdim edir. Mən düşündüm, ümumi məlumat xarekterli kitab oxuyacam. Amma elə olmadı. Şəhidimizin ailəsindən,dostlarından, iş yoldaşlarından onun həyatını oxumaq, öyrənmək daha əhatəli və maraqlı oldu. Tək-tək yaxınlarının fikirlərini dinləmək, yazmaq bu kitabın necə diqqətlə ,zəhmətlə ərsəyə gəldiyini sübut edir. Kitabı oxuyarkən sanki şəhidimiz haqqında sənədli film izlədim. Bu da Nuray xanımın fərqli yanaşmasının nəticəsidir. Təbrik və təqdir edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətən Sahibi
Vətən SahibiNuray Rəşid · Jeko Print · 20228 okunma