Mən burada yaşamırdım. Sadəcə, mənsiz də keçinə biləcək, artıq mənsiz ötüşən sistemin elementlərindən biri idim. Mən gəmi qəzasından sağ çıxmışam və gəminin qırılmış hissələrinin suyun altına getməsinə baxıram. Bəli, faciə baş verdi. Bəli, mən sağ qaldım. Yox… bu mən deyildim. Əvvəlki mən elə həmin gün öldü.