Hər saatım, hər günüm, hətta yuxuda olduğum zaman keçən dəqiqələrim, saatlarım mənalı idi. Mənə ağır bir yük olan bədənimin də, ruhumun da yaşamağa başladığını hiss edirdim. Məndən xəbərsiz ürəyimdə gizlənib, özünü büruzə verməyən bir çox hisslər birdən-birə meydana çıxır,son dərəcə cazibədar, gözəl mənzərələr yaradırdı.
“Mən özümü təhqir edəcəyəm. Mənim tənhalığım nə qədər dərinləşərsə, nə qədər dostlarsız, arxasız-dayaqsız qalaramsa, daha artıq özümə hörmət edəcəyəm. Mən Rəbbimizin tərəfindən əta edilən və insan tərəfindən işıqlandırılan qanuna riayət edəcəyim haqda verdiyim sözü poza bilmərəm. Ağlım, indiki dəliliyimdən fərqli olaraq salim olarkən riayət etdiyim prinsiplərə sadiq qalacağam. Qaydalar və qanunlar günah olmayan dəqiqələr üçün yaradılmayıb…