-Villi,din ilə dindarlığı bir-birindən ayırmaq lazımdır.Din müqəddəs və ilahidir,dindar isə adi insandır.Din doğru yolu göstərir,dindar isə o yol ilə getməyə çalışır.Bəzən düz,bəzən də yanlış gedir.Din barədə dindarın etdikləri ilə mühakimə yürütməzlər.Biz hamımız tək olan Allah tərəfindən yaradılmışıq.Bu yaradılışda hamımız darağın dişləri kimi eyniyik.Hamımız insanıq.Birimizin o birindən heç bir fərqi yoxdur.
Eynilə müxtəlif mədəniyyətlərə məxsus insanların hadisələrə bizim kimi baxmalarını gözləmədiyimiz kimi,fərdlərin də dünyaya fərqli nöqteyi-nəzərlərdən baxa biləcəklərini qəbul etmək məcburiyyətindəyik.