Mən təəccüblə ona baxırdım,fikirləşirdim ki,görəsən,öz sözləri ilə məni heyrətə gətirdiyini anlayırdımı?Amma o sadəlövh,məsum bir görkəm almışdı,yad adamın ölümü haqqında danışan adamlar kimi bir az qüssələnmişdi.Onda mən başa düşdüm:üzündəki maska sifətinə elə möhkəm bağlanmışdı ki,lap qaynayıb dərisinə qarışmışdı.Jizel əhvalatdan xəbərdar olduğumu unutmuşdu.
"Fiqur və fon" düşüncəsinə görə,insan ətrafı ön və arxa plan formasında dərk edir.İnsan ətrafa baxdığı,səsləri eşitdiyi,hiss etdiyi,düşündüyü zaman bəzi mətləblərə diqqətini yönəltdiyi halda,bəziləri onun diqqətindən kənarda qalır.Diqqətini yönəltdiyi obyekt o dəqiqə önə gəlir,buna "fiqur" deyilir.Diqqətini yönəltmədiyi isə arxa plana keçir.Buna isə "fon" deyilir.
İşıqlı ruhun çatdığı alovlar yanırdı.Göy üzü işıqlandıqca işıqlanırdı.O,əvvəl alovlu-qırmızı sonra parlaq qızılı rəngə çalırdı.Elə bu vaxt Günəş dan yerindən qalxıb buludsuz göy üzünə yüksəlməyə başladı....