Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Hamidov H

Hamidov H
@Sizin_H
Sıkı Okur
Gülüşlərini satdı getdi Qaranlığımı görüb gələn.
Full Stack Python Developer
Baku
52 okur puanı
Ekim 2023 tarihinde katıldı
_hamidovh_
Çox güldük, Allah axırını xeyr eləsin...
Yuxarıdakı cümlə əslində xalq olaraq gülməyi, xoşbəxt olmağı özümüzə nə qədər çox gördüyümüzün göstərgəsidir.
Reklam
Help me...
Mikayıl Müşfiqin şeir kitablarını haradan tapa bilərəm. Bəzi libfaflara, kitab mağazalarına baxdım tapa bilmədim. Almağı və oxumağı çox istərdim…
İlahi, insanlar necədə xoşbəxtdir.

Okur Takip Önerileri

Tümünü Gör
𝙸𝚗 𝚝𝚑𝚎 𝚋𝚊𝚌𝚔 𝚘𝚏 𝚖𝚢 𝚖𝚒𝚗𝚍 𝙸 𝚔𝚒𝚕𝚕𝚎𝚍 𝚢𝚘𝚞 𝙰𝚗𝚍 𝙸 𝚍𝚒𝚍𝚗'𝚝 𝚎𝚟𝚎𝚗 𝚎𝚟𝚎𝚗 𝚛𝚎𝚐𝚛𝚎𝚝 𝚒𝚝 𝙸 𝚌𝚊𝚗'𝚝 𝚋𝚎𝚕𝚒𝚎𝚟𝚎 𝙸 𝚜𝚊𝚒𝚍 𝚒𝚝 𝙱𝚞𝚝 𝚒𝚝'𝚜 𝚝𝚛𝚞𝚎 𝙸 𝚑𝚊𝚝𝚎 𝚢𝚘𝚞...
Başqalarını sənlə aldatdım, Səni aldatmadım mən.
Reklam
Həyat enerjim çox yüksəkdir ey dost
Sadəcə
Sadəcə çox yorğunam.
Ən çox güldüyüm şeylərdən biri:
Aramızda elə dindarlar var ki, dindar olmalarına bir şey demirəm, deyə də bilmərəm, necə ki, heç kim mənim dindar olmamağıma bir şey deyə bilmədiyi kimi. Amma bəzi dindarlar bizim kimi insanları görüb yuxarıdan aşağıya baxırlar, özünü üstün sayırlar ya da başqa tərzdə davranırlar. Wtf bro? Dindar olmağınız ya namaz qılmağınız sizi heç kimdən üstün etmir. Belə düşünürsənizsə, bu, sizin 'HYPE'a düşdüyünüzü ya da bunu yalnız 'HYPE' uğrunda etdiyinizi göstərir. Bir çox dindarlarımız kimi. Oxuduğunuz o kitablarda sadəlik, qarşıdakına hörmət kimi tonlarla məsələ yazılıb, niyə oxuyub əməl etmirsiniz? Məhz bu platformada, dini inancımı bildirən bir-iki post paylaşdıqdan sonra məni izləməyi dayandıran və ya postları bəyənməyən bir neçə insanı tanıyıram. Dostum, səninlə oturub dindən danışsaq, inan ki, səndən daha çox danışaram. Bu cür uşaqca davranışlarınızı bir kənara qoyun. Saatlarla danışdığım, görüşdüyüm bir neçə dindar dostum var. Din, dini inanc sadəcə bir 'inançdır', bunu anlamaq lazımdır; buna görə də, kimsəyə bu səbəbdən qarşı durmaq sadəcə cahillikdir. Belə bir post paylaşmağımın səbəbi, bu cür insanların mənim marağımda olmasada, sadəcə bunu bildirmək istədimki bu cür davranışlarınızla həqiqətən sizi sevən birini və ya əlinizdə olan hər hansı bir fürsəti qaçıra bilərsiniz.
Bəzən siqaretin o qədər sevilməsinin səbəbi nikotinin gücü deyil, bu boş və mənasız aləmdə insana mənalı bir iş gördüyü hissini asanlıqla verməsidir deyə düşünürdüm.
Bir ilin daha sonu və mənim hr-lara göndərdiyim cv:
Ölüb gedən duyğular, hisslər və gənclik. Zamansız ayrılıqlar. Zamansız tanışlıqlar. Açılmayan kariyera qapıları. Bağlanan kariyera qapıları. Uğurlu ailənin uğursuz övladı. Uğurlu şirkətin uğursuz işçisi. Hər saat hər dəqiqə gələcək düşüncəsi. Hər axan zamanda ölmək hissi. Bu qədər şeyə nisbətən hələdə mühitdə ən zarafatcıl, ən deyib gülən mənəm. Arada deyirəm bəlkə özüm olum; susum oturum bir qırağda, dalım bir divara baxıb uzaqlara. Bir iki dəfə yoxladım gördüm hamı deyir bu nə "DETKA" hərəkətdi, "DÜŞÜKLÜK" eləmə kimi sözlər filan. Məndə özüm olmamağa qərar verdim. 24-də sizlərə bir çox uğur arzu edirəm. Əslində çox uğura gərək yoxdu çoxsu boş olandan sonra. Düzü bu il məndə bir çox uğur qazandım amma xoşbəxt deyiləmsə deməli bu uğur sadəcə ətrafım üçün qazanılıb, özüm üçün yox. Bayramınız mübarək.
Reklam
Bəli, bu il təxminən 90 civarı kitab oxudum. Bu, mənim üçün çox dəli bir şeydir. Bu qədər boş vaxtı olan adamam mı? Xeyr, amma insanlarla söhbət etmək yerinə kitab oxumağı üstün tutdum və belə bir nəticəyə vardım. Ancaq təəssüf hissi ilə qeyd etməliyəm ki, kitablara necə bağlanmışdımsa, elə də uzaqlaşmalıyam. Səbəbi isə ölkəmizin bazarındakı
Mən bu yaşda qocalmalı deyildim...
******* Mən bu yaşda qocalmalı deyildim, Cavanlığım nətər getdi bilmədim. Dərdə-qəmə əyildikcə əyildim, Gülüşlərim harda itdi bilmədim. Yaraşmadı nə ağlamaq, nə gülmək, Sanki ruhum tərk edib bu bədəni. Bu nə yaşamaqdır, nə də ki, ölmək, Harda tapım, necə bilim nədəni?! Mən bu yaşda qocalmalı deyildim, Heç olmasa əlli yaşı keçərdim. Saqqalıma xına qoyan deyildim, Barı bir az ağ tükləri biçərdim. *******
Qəribə olan bilirsiz nədir?
Hər gün o qədər şeyi unuduram ki, evə gələndə çörək almağı, atdığım dərmanların ardıcıllığını, bir zamanlar dilimdən düşməyən mahnıların adını, sabah alacağam dediyim ama almağı unutduğum kitabı, işdə görəcəyim işlərin yarısını, siqareti götürüb alışqanı, maşının yağının dəyişmə vaxtını, səhər yediyim yeməyi unuduram. Qəribə olan bəs nədir deyirsiz ? Bu qədər şeyi unudan mən niyə məhz onu unuda bilmirəm ? Niyə hər səhər yuxudan duran kimi yadıma düşür? Niyə hər şeyi unudub onu xatırlayıram? Niyə hər axşam yatanda yadıma gəlir məsələn? Niyəsi nə sizdə var nə də məndə, zatən cavab alım deyə yazmadım bunları. Bəs niyə yazdın deyəcək olsanız, inanın ki, heç özümdə bilmirəm. Ehtimal edirəm ki, yavaş yavaş tükənirəm.
Soruşma
Soruşma halımı, demə netərsən Sən güya yaxşısan? Məndən betərsən! Dərdimi danışsam səndə bezərsən… Yaxşısı heç nəyi bilmə, yaxşıdır! Qoy axsın göz yaşım, silmə yaxşıdır!
75 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.