Sonra mən bir şeyi də bildim:bildim ki,bu heç vaxt olmayacaq, insanlar dəyişməyəcək, heç kəs də onları dəyişdirə bilməyəcək, bunun üçün də heç zəhmət çəkmək lazım deyil!
Böyük dərrakə və böyük qəlb sahibi olanlar əzab və iztirab çəkməyə borcludurlar.Mənə elə gəlir ki,əsil böyük insanlar bu dünyada böyük kədər duymalıdırlar
Bütün insanlar-"adi"və "qeyri adi" deyə iki yerə bölünür; "adi "insanlar gərək itaət etsinlər,onların qanundan kənara çıxmağa ixtiyarı yoxdur, çünki onlar "adidir".Amma "qeyri adi" insanların hər cür cinayət etməyə ,qanundan hər cür kənara çıxmağa ixtiyarı vardır, çünki onlar "qeyri adidir".
Adamın öz ağlı ilə yalan deməsi başqasının,yad bir adamın ağlı ilə doğru deməsindən yaxşıdır;öz ağlına yalan deyəndə sən insansan, özgəsinin ağlı ilə doğru deyəndə sən ancaq quşsan!Doğru yerini tapar,ancaq özgənin ağlı ilə durub-otursan, həyatı gözübağlı keçirə bilərsən.