Mən biz ayrıldıqdan sonra uzun müddət elə yaşadım ki,sanki heç nə dəyişməyib.Amma əslində hər şey dəyişmişdi sadəcə mən qəbul etmək istəmirdim.İçimdə elə bil zaman dayanmışdı,həyat davam edirdi amma mən bir nöqtədə ilişib qalmışdım.İndi içimdə qəribə bir savaş var.Bir tərəfim səni unutmaq istəyir.Çünki bu hiss artıq bəzən məni yorur,sıxır,içimi ağırlaşdırır.Səni düşünməmək,sənin yoxluğuna alışmaq,öz yoluma baxmaq istəyirəm.Elə bil içimdə bir səs deyir ki, davam et, burax və irəli get.Amma o biri tərəfim var.O tərəfim səni unutmaqdan qorxur.Üzünü,səsini,gülüşünü,hətta yanında olduğum anlarda hiss etdiyim o tanış rahatlığı itirməkdən qorxur.Sanki hamısı silinsə,sən heç yaşamamış kimi olacaqsan içimdə.Və mən ən çox da bunu qəbul edə bilmirəm.Mən aradayam.Nə tam buraxa bilirəm,nə də geri qaytara.Bir gün səni xatırlamaq məni incidir,bir gün isə xatırlaya bilməmək daha çox qorxudur.Bu iki hiss arasında qalıb yoruluram,sakit görünürəm amma içimdə çox şey danışır.Bəzən düşünürəm ki,bəlkə də ən çətin sevgi ayrılıq deyil,ən çətini insanın içində qalan izlərlə necə yaşamağı öyrənməkdir.Və o izlər nə tam silinir,nə də tam sakitləşir,insanın içində sadəcə var olur.Və mən hələ də o öyrənmə yolundayam,səni həm unutmaq istəyib,həm də unutmaqdan qorxaraq..