Kritik düşünme becerilerinizi ve teknolojiyi kullanarak, aktif olarak öğrenebilir ve yaratıcılığınızın da yardımıyla analitik bir sonuca varabilirsiniz.
Dostlarına, sadəcə, onu xoşbəxt edəcək bir qərar qəbul etdiyini söyləmək kifayətdir. Əgər onun dostları həqiqi dostlardırsa, o zaman bu qərarına onlar da ürəkdən sevinəcəklər.
Təsirlidir, deyilmi? Hər zaman sevildiyini duymaq ehtiyacı ilə yaşamaq. Əslində, bu qadın haqlıdır, əgər kimsə sizi tərk edibsə, bu həmin adamın artıq mövcud olmadığı anlamına gəlmir. Düşüncələrinə bir az fantaziya qatmaqla insan tənhalığına qalib gələ bilər.
Mən isə həmişə məhz detallarla maraqlanıram, bizi əhatə edən çox kiçik, bəzən də görünməz olan detallarla.
İnsanları müşahidə etməklə çox şeyi öyrənmək mümkündür.
- Hə Miladdır – Alisa cavab verdi – bu gün qonaqlarınız olacaq?
- İraq İlahi Yox olmayacaq Mənim bayramlardan heç xoşum gəlmir - o belə fikirləşdiyindən sanki utanırmış kimi astadan dedi.
- Sizin də?
- Yeni ildən isə heç danışmayın, o, Miladdan daha betərdir! Hansısa bir günün bayram olacağını əvvəlcədən axı necə müəyyən etmək olar? Kim bilə bilər ki, səhər yuxudan durduqda həmin gün səndə bayram əhvali-ruhiyyəsi olacaq, ya yox? Özünü xoşbəxt hiss etməyə sevincli görünməyə məcbur etmək ikiüzlülükdən başqa bir şey deyildir.