O, Yucinlə görüşdüyü vaxt qədər, demək olar, özünü inandırmışdı ki, onun payına məhəbbət düşməmişdir. O öz özünə deyirdi ki, hərgah bu adam bir kəsi sevmiş olsa onun məhəbbəti parlaq və gözəl olacaqdır.
Onun əsil gəncliyi, heç bir həqiqi sevgisi olmamışdı, lakin romantik xəyallara qapılaraq, onların həyata keçirilməsinə, demək olar ki ümidsiz ehtirasla inanmaqdan çəkinmirdi.