O, atalığa azacıq belə meyil göstərmirdi, ailə ocağı və ailə yaratmaq üçün lazım olan şərait haqqında insanı xəyala dalmağa məcbur edən təbii arzulardan xəbərsiz idi.
<<Mələk>> ləqəbini qiymətləndirdi və qət etdi ki, bu ad Ancelaya münasibdir. O həqiqətən də, köhnə dini kitablarda, yaxud kilsə vitrajlarında təsvir olunan mələkləri xatırladırdı.