Yucinin hər bir yeni sevgisində səadətin mahiyyətini və cövhərini görməyə hazır olması, şübhəsiz, onun zəif cəhəti idi. Vəcdə gətirici hiss ilə alışaraq o özünə təlqin edirdi ki, onun idealı başqa bir yerdə yox, məhz burda, məhz bu misilsiz surətdə təcəssüm edir. Beləliklə Stellaya, Marqaretə, Rubiyə, Ancelaya, Kristinaya, indi isə Fridaya vurulmuşdu, lakin məhəbbətin ən valehedici hiss olmasından başqa bunlar ona heç bir şey öyrətməmişdi.
📚🔔 Tatil zili çaldı!
Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞
Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Frida sevgidə belə hallarda qadınlara xas olan və kişilərin heç bir zaman başa düşə bilməyəcəyi xüsusi səbir göstərirdi. Frida Yucinin gəlib onu tapacağı saatı gözləyirdi, Yucin isə vurulmuş kişiyə xas olan acgözlüklə onu həmişə görmək istəyirdi.
Ancelanı heç vaxt ağıllı və mənəvi gözəlliyi üçın sevməmişdi. Onların yaxınlığı idrakdan, dünyanın mənəvi qavranışından irəli gələn şüurlu, təbii meyil əsasında deyil, ancaq hissdən və ehtirasdan, qüvvətli, kortəbii, qarşılanmaz ehtirasdan yaranmışdı