Ancela bilmirdi ki, insanlar, xüsusən kişilər, öz təbiətləri etibarilə az ya çox dərəcədə qeyri-sabitdirlər, dönükdürlər. Onlar üçün möhkəm, pozulmaz qanunlar qoymaq olmaz.
📚🔔 Tatil zili çaldı!
Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞
Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
İzdivac bir hiylədir ki, onun vasitəsilə təbiət bəşər nəsilinin davamından ibarət olan məqsədlərinin həyata keçirməyə insanları vadar edir. Yucin belə hesab edirdi ki, nə təbiətə, nə də yer üzündə həyatın davamı qanununa borclu deyildir. O özünün dünyaya gətirilməsini xahiş etməmişdi. Bəs nə üçün o, təbiətin ona verdiyi tələbləri yerinə yetitməlidir?
İlin fəsillərinin, əkin və biçinin bir-birinin ardınca gəlib getməsini müşahidəyə adət etmiş adam üçün bütün həyat özünün aramsız sayrışan obraz və formaları ilə keçici kölgələr oyunu kimi görünürdü
O böyümək, inkişaf etmək və həyatda öz müstəqil mənafeyini tapmaq üçün geniş aləmə daxil olmaq həsrətində olan yeni tipli qızlardan deyildi. Daha doğrusu, o, qayğı və məhəbbət tələb edən, ər arzusunda olan evdar qadınlara mənsub idi.
Bəzən qocalmaqda olan qadının özünə məharətlə qulluq etməsi, fiziki gözəlliklə yanaşı mənəvi gözəlliyə malik olması , xüsusən zövq və nəzakətlə birlikdə, ona, demək olar ki, solmaz bir məlahət verə bilir.