Bu kitab süni zəka ilə bağlı oxuduğum ən geniş analizdir deyə bilərəm. Süni zəka hər şeyi ələ keçirəcək deyə yaradııan panikanın əslində hansı məqsədlərlə edildiyini, eyni zamanda bu süni xaos ortamında olan gerçək fürsətlərə çox qəşəng işıq tutur.
Kitabdakı ən xoşuma gələn analiz süni zəkanın eyni zamanda insani bacarıqları (empatiya, ünsiyyət və buna bənzər yumşaq bacarıqları) daha önəmli hala gətirəcəyi gerçəyidir. Texniki işlər onlar tərəfindən görülsə də, insanlarla ünsiyyət yenə insanların işi olacaq.