Çox qəribədir, uşaqlıqda diqqətimi cəlb eləyən hər şey mənə əsrarəngiz görünürdü, halbuki bütün alimlər deyirlər ki, əsrarəngizlik yenilik deyil, məlum olanın başqa formada zühur etməsidir. Eh, o qədər cavabsız suallarım var ki. Bu onların, bəlkə də, ən xırdasıdır..
Təəcüblənirəm, məyus oluram, bəlkə də, lap dəhşətə gəlirəm, hərçənd səbəbini heç özüm də bilmirəm, axı mən bura elə keçmişin qalıqları içində yaşamaqdan ötrü gəlmişəm, nəyə görə burada nəsə dəyişiklik gözləməliyəm?