İblis:Unutma ki, hər şərrin bir xeyir izlər.Hər səadət bir fəlakətlə qiymətlənər.Təzad həyatın ahəngidir.Bizə gülümsəyən hər bahar dəhşətli bir qışdan doğar.Qaranlıq gecələr olmasaydı, gözləri oqşayan yıldızlar bunca sevilməzdir.
Sima:Vəhşi heyvanlar belə sevgi və mərhəmətdən anlarkən,niçin insanlar bu qədər alçalır?
İblis:Çünki vəhşilərdən də vəhşidirlər.Həqiqi insan hər fənalığı əfv etməlidir.