Lalə

Lalə
@ThisisLalaa
Azərbaycan dili və ədəbiyyat müəllimi
Tələbə
Azərbaycan, Mingəçevir
Rusiya Federasiyası, 6 Ocak 2004
30 okur puanı
Ağustos 2023 tarihinde katıldı
Kaş...
Puan vermedi·176 syf.··
2023 320. kitabı
Salam, əziz 1000kitap ailəsi. Bugün sizinlə uzun müddətdir oxumaq istədiyim və sonunda vaxt tapıb oxuduğum Joze Eduardu Aqualuza'nın "Kaş unudaydım" kitabının incələməsini bölüşəcəm. Öncəliklə onu deyim ki, kitabda məni ilk cəlb edən üzqabığı oldu. İlk dəfədir bir kitabı üzqabığına baxıbda oxumağa qərar verirdim. Keçək kitabın mövzusu və haqqındakı fikirlərimə: İnsanın hər zaman gerçəkləşməsə belə nələrisə arzu etməsi, əli çatmayan hər şey üçün bezmədən xəyallar qurması və ömrün hər anında kaş ki deyib köks ötürməsi qaçılmaz haldır. İnsan ömrü boyunca yaşadığı, yaratdığı, sevib-sevildiyi müddətdə nə qədər uğurlar əldə etsə də etdiyi səhvlərdən doğan peşimanlıqları olur. Həmişə gözü keçmişdə qalır. Ona görə yox ki gələcəyə getmək, irəliləmək istəmir. Sadəcə, dönüb səhvləri düzəldərək, şansları, fürsətləri yoxlayaraq mükəmməl gələcək xəyalı ilə yaşamaq eşqi qəlbi didib parçalayır. Əsas obraz Ludu... Ludu yeniyetməlik çağında psixoloji travma alır. Lakin bu hadisənin üstündən illər illər keçməsinə baxmayaraq Ludu'da açıq məkanda görünmək qorxusu şəklində iz buraxır. Və elə olur ki, Ludu bacısı ilə Portuqaliyadan Anqolaya köçməli olur. Anqolada çevriliş baş verir. Həyat elə gətirir ki, Ludu evdə tək yaşamalı olur. Xarici dünyadan özünü "qorumaq" üçün çarəni giriş qapısına divar hörməkdə tapır. Beləcə də "evin divarlarına taleyini, tənhalığını sətir-sətir yazır" desək yeridir. Hadisələr 1974-cü il aprelin 25-də baş verən "Qərənfil inqilabı" dövründə cəryan edir. Ludu'nun hekayəsini müharibədən əvvəl və müharibədən sonrakı dövr kimi mərhələlərə bölə bilərik. Müharibədən əvvəlki həyatı, müharibədən sonrakı həyatına baxdıqda "toya-bayrama getməli" kimi qiymətləndirə bilərik. Əslində bunların müharibə ilə əlaqəsi yoxdur. Hətta əsər boyu nə partlayan bomba nə də savaş səhnələri
Unutmak
Kaş UnudaydımJose Eduardo Agualusa · Qanun Nəşriyyatı · 20191,489 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Güvən... Bu həyatdakı ən çətin şeydir bəlkədə...
9/10
·285 syf.··
2023 174. kitabı
Salam, əziz 1000kitap ailəsi. Sizinlə ilk başlarda oxumaqda çox qərarsız qaldığım bir kitabın incələməsini bölüşəcəm. Doğrusu, ilk dəfədir hansısa kitabı oxuyub oxumamaqda qərarsız qaldım. Bu qədər qərarsız qalmağımın səbəbi isə kitabın mənə elə çoxda bir şey qatacağını düşünmədiyimdən idi. Bunun da səbəbi, kitaba qarşı olan yersiz önyargım idi. Yersiz deməyimdə səbəb isə sonradan - kitabın ilk 30 səhifəsindən sonra yavaş-yavaş yanıldığımın fərqinə varmağımdır. Düzünü desəm kitabın ilk 20 yaxud 30 səhifəsi çox sıradan, adi idi. Lakin maraqlıdır ki, oxucu yenədə kitabı oxumağa can atır. Sanki bir nöqtədən sonra nələrinsə dəyişəcəyinə və hadisələrin daha maraqlı hal alacağını bilirlər. Buda kitabın bəyəndiyim bir digər özəlliyi idi. Kitaba, dedektiv janrı sevməyən biri kimi başladım, amma bitirəndə elə olmadı. ✿) Ən son nə zaman bu janrda kitab oxuduğumu da xatırlamıram. Nəimi nəinki gənc yazarlara qarşı aramdakı səddi, həmçinin dedektiv janrlı kitablara qarşı çəkdiyim səddi də yıxmağıma kömək etdi. İncələmdə həm tənqid həm də tərifə yer vermək istərdim. Yazarı şəxsən tanımadığım üçün bunun daha rahat olacağını düşünürəm. "Bəzi yazarlar"ın kitabları məndə gənc yazarlara qarşı bir sədd yaratmışdı. Lakin bu səddin yox olmasında ilk addımı atmağımda Asəf Hüseynov böyük rolu oldusa da tamamilə məhv edən Nəimi bəy oldu. "Dost… Dostluq… Necə də önəmsiz və xəyaldan ibarət anlayışlar imiş bunlar. Güvən… Asanlıqla birinə güvənən deyiləm deyibdə hərkəsə güvənmək… Güvəndiyin dostun tərəfindən belindən bıçaqlanmaq… Güvən və dost…" Kitabda ən çox bəyəndiyini sitatlardandır. Əslində bir musiqini, hər hansı bir kitabdan sitatı bəyənmək üçün bir çox şeyi qurban verməlisən... Məsələn, dost xəyanəti... Kitabı oxuyub bitirənədək beynimdə bu söz dolandı; "Unutma, Düşman kör nişancıdır.
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024164 okunma
Puan vermedi·212 syf.··
2023 282. kitabı
Salam, əziz 1000kitap ailəsi. Sizinlə çox sevdiyim yazarlardan olan Nikolas Sparks'ın oxumağı çox istədiyim, amma bir dürlü vaxt tapa bilmədiyim "Xatirə dəftəri" kitabı haqqında fikirlərimi bölüşəcəm. Kitabın filmidə var, kitabı oxuyub daha sonra filminə baxmağınızı tövsiyə edərdim. Təəssüf ki, mən filmin hansısa kitabdan uyarlandığından xəbərsiz izləmişdim. Bu günə qədər oxuduğum ən gözəl sevgi hekayəsi ola bilər. Çox möhtəşəm kitabdır. “Qeyri-adi adam deyiləm – buna əminəm. Adi adamam, həyatım sadə olub, xüsusi fəlsəfəm-filanım da yoxdur. Mənə heykəl qoyası deyillər, adım da tezlklə unudulacaq. Amma sevmişəm. Ürəkdən, səmimi-qəlbdən sevmişəm və bundan artığını istəməmişəm”. Həyatınız boyu oxuya biləcəyiniz ən ecazkar eşq hekayələrindən biri bu cümlələrlə başlayır... Kitabda heç 20 yaşı Belə olmayan iki gəncin, iki tamam fərqli dünyanın adamının bir yay qarşılaşması... Bir-birlərinə ilk baxışdan aşiq olub, yayı birlikdə keçirdikdən, bir-birlərinə bağlandıqdan sonra yollarını çox acı bir şəkildə ayırması.. İllər sonra bir araya gəldikdə baş verən hadisələrsən bəhs olunur. Filmə baxdım, amma bəyənmədim. Çünki kitabla uyğunluğu çox azdır. "Gələcəkdə nə olur olsun, mən birgə keçirdiyimiz günləri həyatımın ən gözəl çağları sayacam. Mən həmişə sənin olacağam." " Kaş onu qucağıma alıb cənnətə aparmağa gücüm olaydı." Xatirə Dəftəri Nicholas Sparks
Xatirə DəftəriNicholas Sparks · Yay Nəşrləri · 0412 okunma
Puan vermedi·320 syf.··
2023 223. kitabı
Salam, əziz 1000kitap ailəsi. Sizinlə oxududuqca əyləndiyiniz, əyləndikcə daha çox oxumağa həvəsləndiyiniz bir kitabın incələməsini paylaşacam. Kitab doğrudan da çox əyləncəli, wattpad kitablarını xatırladan bir kitabdır. Əslində bu tip kitabları oxumağa üstünlük vermirəm, sadəcə bir neçə yerdə bu kitaba aid maraqlı sitat gördüyüm üçün oxumaq qərarı aldım. Heç də peşman olmadım, inanıramki oxusanız sizdə peşman olmayacaqsınız. Boş vaxtınızda oxuya biləcəyiniz çox şirin bir kitabdır. Ana obrazı, daha doğrusu xarakterini özümə çox yaxın bildim. Həm üzüləcəyiniz, həm gülüb əylənib, həm də həyəcanlandığınız xoşbəxt sonlu bir kitabdır. Mən bəyəndim, sizin də bəyənəcəyinizi düşenürəm. Oxumaq istəyən hər kəsə, xoş mütaliələr. ♡❁´◡` "Sevdiğim insanlar için pek çok şey yapabilirim, birçok şeyin üstünü kapayabilir, idare edebilirim fakat mesele kendimi üzmek olunca bunu yapmam. Sana çok değer veriyorum ama ben senden daha değersiz değilim.” "İşler her zaman istediğimiz gibi gitmez. Sahip olmak istediğimiz her şeye ulaşamayabiliriz ama bir gün geriye dönüp baktığımızda keşke dememek için elimizden gelen her şeyi yapmalıyız.”
Sarı Puantiyeli ŞemsiyeBetül Güçlü · Ren Kitap · 20201,663 okunma
Hərbistan...
10/10
·122 syf.··
2023 3. kitabı
Salam, əziz 1000kitap ailəsi. Bu gün sizinlə gənc, amma bir o qədər də istedadlı yazarımızın kitabının incələməsini bölüşmək istərdim. Kitab gözləntilərimin qat-qat üstündə idi. İnsan bir anlıq düşünür; "Bu kitabı yazan doğrudan da 22 yaşlı Azərbaycan gəncidir mi? " deyə Əlbəttə çox sevindirici və qürurverici bir haldır. Kitabın adı yada üzqabığı ilə mövzusunun, daha dəqiq desək yazarın oxucuya çatdırmaq istədiyi fikirlərlə əlaqəsi belə yoxdur. Ümumi götürsək bəyəndiyim bir kitab oldu. Kitab doğrudan da xoşbəxtlik axtarışında olanlar üçündür. Obrazlar... Obrazların həyatları... Hekayələri... Getdikləri yerdə qarşılaşdıqları... Hamısı haqqında uzun-uzun yazasım var. Kitabın bu qədər öyrədici olacağı ağlımın ucundan belə keçməzdi. Başlıq...son... Hamısı o qədər mükəmməl idi ki, sanki illərin yazarının bir kitabını oxuyursunuz. Həyatda xoşbəxtlik verən şeylər çox kiçik parçalardadır...Bir yaxşılıq, bir gülümsəmə, bir gözəl baxış...Əslində elə xoşbəxt olanlar bu kiçik şeylərin hüzuruna varmış olanlardır. Əslində insanın xoşbəx olması üçün bir çox səbəb var, var, amma var olması bəs etmir onu görmək lazımdır. Bir kitabda oxumuşdum; "Mutluluk hep yanında, onu kaybetmedin....Sadece bakış açını yitirdin." deyə. Bir insan əslində xoşbəxt olmaq üçün çox şey istəməz... Bəzilərimiz sevdiyimiz musiqinin notlarında hüzur tapıb xoşbəxt olarıq... Bəzilərimiz rəsm çəkib, boyaların ahəngində "gerçək özümüzü" tapıb xoşbəxt olarıq... Bəzilərimiz kitab oxuyub, kitablardakı həyatlara şahidlik edib, obrazlarla empatiya qurub, insan olduğumuzu xatırlayıb xoşbəxt olarıq... Yada kiçik bir səyahət... Hətta Yunan mifologiyasında xoşbəxtliyə dair bir hekayəyə görə; Tanrılar, insanlar xoşbəxtliyi axtarsınlar və beləcə qiymətli olsun deyə gizlətməyə qərar verirlər. Biri deyir ki: "Göy üzündə
HərbistanAsəf Hüseynov · Qanun Nəşriyyatı · 202365 okunma