Salam, əziz 1000kitap ailəsi. Sizinlə ilk başlarda oxumaqda çox qərarsız qaldığım bir kitabın incələməsini bölüşəcəm. Doğrusu, ilk dəfədir hansısa kitabı oxuyub oxumamaqda qərarsız qaldım. Bu qədər qərarsız qalmağımın səbəbi isə kitabın mənə elə çoxda bir şey qatacağını düşünmədiyimdən idi. Bunun da səbəbi, kitaba qarşı olan yersiz önyargım idi. Yersiz deməyimdə səbəb isə sonradan - kitabın ilk 30 səhifəsindən sonra yavaş-yavaş yanıldığımın fərqinə varmağımdır.
Düzünü desəm kitabın ilk 20 yaxud 30 səhifəsi çox sıradan, adi idi. Lakin maraqlıdır ki, oxucu yenədə kitabı oxumağa can atır. Sanki bir nöqtədən sonra nələrinsə dəyişəcəyinə və hadisələrin daha maraqlı hal alacağını bilirlər. Buda kitabın bəyəndiyim bir digər özəlliyi idi. Kitaba, dedektiv janrı sevməyən biri kimi başladım, amma bitirəndə elə olmadı. ✿) Ən son nə zaman bu janrda kitab oxuduğumu da xatırlamıram. Nəimi nəinki gənc yazarlara qarşı aramdakı səddi, həmçinin dedektiv janrlı kitablara qarşı çəkdiyim səddi də yıxmağıma kömək etdi. İncələmdə həm tənqid həm də tərifə yer vermək istərdim. Yazarı şəxsən tanımadığım üçün bunun daha rahat olacağını düşünürəm.
"Bəzi yazarlar"ın kitabları məndə gənc yazarlara qarşı bir sədd yaratmışdı. Lakin bu səddin yox olmasında ilk addımı atmağımda Asəf Hüseynov böyük rolu oldusa da tamamilə məhv edən Nəimi bəy oldu.
"Dost… Dostluq… Necə də önəmsiz və xəyaldan ibarət anlayışlar imiş bunlar. Güvən… Asanlıqla birinə güvənən deyiləm deyibdə hərkəsə güvənmək… Güvəndiyin dostun tərəfindən belindən bıçaqlanmaq… Güvən və dost…"
Kitabda ən çox bəyəndiyini sitatlardandır.
Əslində bir musiqini, hər hansı bir kitabdan sitatı bəyənmək üçün bir çox şeyi qurban verməlisən... Məsələn, dost xəyanəti...
Kitabı oxuyub bitirənədək beynimdə bu söz dolandı;
"Unutma,
Düşman kör nişancıdır.
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024164 okunma
Salam, əziz 1000kitap ailəsi. Sizinlə çox sevdiyim yazarlardan olan Nikolas Sparks'ın oxumağı çox istədiyim, amma bir dürlü vaxt tapa bilmədiyim "Xatirə dəftəri" kitabı haqqında fikirlərimi bölüşəcəm. Kitabın filmidə var, kitabı oxuyub daha sonra filminə baxmağınızı tövsiyə edərdim. Təəssüf ki, mən filmin hansısa kitabdan uyarlandığından xəbərsiz izləmişdim. Bu günə qədər oxuduğum ən gözəl sevgi hekayəsi ola bilər. Çox möhtəşəm kitabdır.
“Qeyri-adi adam deyiləm – buna əminəm. Adi adamam, həyatım sadə olub, xüsusi fəlsəfəm-filanım da yoxdur. Mənə heykəl qoyası deyillər, adım da tezlklə unudulacaq. Amma sevmişəm. Ürəkdən, səmimi-qəlbdən sevmişəm və bundan artığını istəməmişəm”.
Həyatınız boyu oxuya biləcəyiniz ən ecazkar eşq hekayələrindən biri bu cümlələrlə başlayır...
Kitabda heç 20 yaşı Belə olmayan iki gəncin, iki tamam fərqli dünyanın adamının bir yay qarşılaşması... Bir-birlərinə ilk baxışdan aşiq olub, yayı birlikdə keçirdikdən, bir-birlərinə bağlandıqdan sonra yollarını çox acı bir şəkildə ayırması.. İllər sonra bir araya gəldikdə baş verən hadisələrsən bəhs olunur. Filmə baxdım, amma bəyənmədim. Çünki kitabla uyğunluğu çox azdır.
"Gələcəkdə nə olur olsun, mən birgə keçirdiyimiz günləri həyatımın ən gözəl çağları sayacam. Mən həmişə sənin olacağam."
" Kaş onu qucağıma alıb cənnətə aparmağa gücüm olaydı."
Xatirə DəftəriNicholas Sparks
Xatirə DəftəriNicholas Sparks · Yay Nəşrləri · 0413 okunma