Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Leyla

Leyla
@ThisisLeyl
𝐂𝐨𝐠𝐢𝐭𝐨, 𝐞𝐫𝐠𝐨 𝐬𝐮𝐦
30 okur puanı
Şubat 2021 tarihinde katıldı
Əksər köhnə evliliklərin uzun sürməsinin səbəbi cütlüklərin uyğunluğu yox, qadının acizliyidir. "Bir yastıqda qocalasız" burda romantik bir şey yoxdur,evliliyinə son qoya bilməyən dörd divar arasında sıxışan qadının çarəsizliyi var. Heç bir təhsili olmayan uşaq yaşda evləndirilmiş, uşaq sahibi olmuş, ailə evinə qayıda bilməyən,peşəsi olmayan və gəliri olmayan qadınlarımızın çarəsizliyi budur.Bir dəfə belə sevgi ilə toxunulmamış,gözəl sözlər eşitməyən, qadın olduğunu hiss etməmiş, saçları sığallanmamış, özləri üçün yaşamayan qadınların çarəsizliyi var. "İçki içməyən, qumar oynamayan, evinə bağlı" sözləri ilə şişirdilən, belə evlilik olduğunu düşünən valideynlər, bu dövr artıq bitdi, güclü və şüurlu təhsilli qızlar yetişdirməliyik ki, həyatını bir kişinin mərhəmətinə təslim etməsin, lazım olduqda istədiyi seçimi edə bilsin. Ailə qurmq müqəddəs deyil, Müqəddəs olan insanın insanca yaşama haqqı .
Reklam
Sankt-Peterburq yerləşən Dostoyevskinin məzar daşına "Karamazov qardaşları" kitabının girişində də olan bu cümlə yazılmışdır "Sizə doğrusunu, doğrusunu deyirəm: əgər torpağa düşən buğda dənəsi ölməsə, tək qalacaq; ölsə bol məhsul verəcək"
Kiçik uşaq məktəbdən evə qayıdanda anasına bir kağız parçası verdi. Anasına dedi: "Müəllimim bu kağızı mənə verdi və yalnız sənə verməmi dedi" dedi. Anası göz yaşları içində qəzeti oğluna ucadan oxudu: "Oğlunuz dahidir. Bu məktəb onun üçün çox kiçikdir və onu öyrədəcək qədər müəllimimiz yoxdur. Zəhmət olmasa onu özünüz öyrədin. " Oğlanın anası uzun illər sonra dünyasını dəyişəndə ,​​əsrin ən böyük alimlərindən biri idi və bir gün köhnə ailə əşyalarını gəzərkən birdən çəkmənin küncündə qatlanmış bir kağız tapdı və açdı ... Kağız üzərində; Oğlunuz "qarışıq" (ruhi xəstə) uşaqdır. Artıq onun məktəbimizə gəlməsinə icazə vermirik ... " yazılmışdı Bunun üzərinə saatlarla göz yaşı tökən bu alim gündəliyinə aşağıdakı sətirləri yazdı: Thomas Alva Edison, qəhrəman bir ana tərəfindən əsrin möcüzəsinə çevrilən qarışıq bir uşaq idi.

Okur Takip Önerileri

Tümünü Gör
Kabus qorxusundan yatmaq istəməyənlər çoxdur. Təəssüf ki, eyni qorxudan oyanmaq istəməyənlərdə çoxdur. Richelle Goodrich
Depressiyada olan bir insana "Niyə bu qədər pessimistsiniz? Baxın, orada mükəmməl bir həyat var " demək, nəfəs darlığı çəkən bir insana " Niyə bu qədər əziyyət çəkirsən ki? Bax hər tərəf hava" demək kimi bir şeydir.
Reklam
"İnsanlar aldanmaq istəyirlər. Çünki reallıqdan, yaşamaqdan qorxurlar. Bu səbəbdən də həmişə televizor izləyib fala baxırlar. Yalan danışsan səni sevərlər, ən çox səni sevərlər. Onlara həqiqəti xatırlatsan səndən uzaqlaşarlar, hətta sənə nifrət edəcəklər. " Charles Bukowski
Osho deyir ki, sabah öləcəyimizi bilsək bütün qırğınlıqları unutarıq. Lakin biz sonsuza qədər yaşayacağmış kimi, qırıcı və qürurluyuq..
— Həqiqətən səssiz birisinizmi? — Gülümsədi... dedi: kimin dinlədiyindən asılıdır. Stephen King
Televizoru aç > Kanalları aç > Seriallar > Müxtəlif show praqramlar > Mətbəxt praqramları > televizoru söndür. Bir kitab alın, yeddi hissəyə ayrın. Hər axşam serial,show praqramlar izləmək yerine 1 hissə kitab oxuyun. Həftədə 1, ildə 52 kitab edir.İnkişaf bu şəkildə başlayır" Aziz Sancar Əlavə olaraq qeyd edim ki, təbiətdəki heç bir şey düz xətt üzrə irəliləməz, insan həyatındakı nailiyyətlərdə düz xətt üzrə meydana gəlməz,az da olsa hədəfimizə doğru bir addım atmaq lazımdı.Bu addımlar artdıqca hədəfimizə,məqsədimizə daha tez çatarıq
Bir insana vazkeçilməz olduğunu hiss etdirsəniz,ilk vazkeçeceyi insan siz olarsız Sigmund Freud
Reklam
Mən bilmirəm sevgi nece bitir.Amma əgər o bitirsə deməli bu hələ sevgi deyil Sergey Bodrov
Gəl bu kitabın səhifələri arasında öpüşək. Kimsə görər deyə qayğılanma. Buralarda heç kim kitab oxumur.
Elm deyən kimi qurandan danışan bir cəmiyyətdə yaşayırıq., təkamül deyən kimi "indiki meymunlar niyə insana dönmür", hicabın əksini lüt gəzməkdə görən, bütün günü manıslarnan,təlxəklərnən,fahişələrnən maraqlanıb sonrada "televiziya kanallarımız bərbatdır, efirlərdə ancaq təlxəklər,fahişələrdir", ömründə bir kitab oxumuyub, amma "necə savadsız cəmiyyətim var", bir gün sonrasını plan qura bilməyib amma "görəsən bizim axırımız hara gedir" deyən, bir dəfədə olsun uşağının əlindən tutub kitabxanaya aparmayıb,birdəfədə olsun uşağına kitab oxuyun kitaba maraq yaratmayıb, amma "indiki uşaqlar yaman pozulub" bütün günü onun-bunun qiybətini etməkdən keçib sonrada "indiki zəmanədə heç kimə güvən yoxdu" deyən cəmiyyətdə yaşayırıq əfsuslar olsun. Bu kimi fikirləri daha da uzatmaq olar. Heç kim bu cəmiyyətdən kənar hiss edib ağıllı hiss eləməsin özünü . Bu cəmiyyətin bu günə gəlməyi bizim suçumuzdu və bunuda yalnız birlikdə biz dəyişə bilərik...
© Bob Marley
Heç kim mənim yaşadığım həyatı mühakimə edə bilməz. Mən mükəmməl deyiləm və olmaq məcburiyyətində də deyiləm.
© Mişel de Monten
Həqiqəti çılpaq görmək faydalıdır. Yalan isə qoy libaslara bürünsün.
eynən
Artıq insanlar maraqlı gəlmir. Onlarla söhbət etmək, nəyisə bölüşmək istəmirəm. Çünki söhbətlərin hamısı : - " Necəsən ? " - " Yaxşıyam sən necəsən ? ". "Məndə yaxşıyam" deyə başlayıb bitir. Bu artıq heç də cəzb edici gəlmir. Yeni insanlar da tanımaq istəmirəm. Çünki hamısının sonu eyni cür bitir. Sonuna qədər davam etmir sevgilər, dostluqlar. İndi həyatım da olanların çoxunu 5-10 il sonra görə bilmərəm. Və buna üzülürəm desəm yalan olar. Gedənləri saxlamaq kimi fikrim yoxdu. Hətda çoxlarına qapına özüm açıram. © Dostoyevski 💫🖤
Reklam
Günlərin bir günü qədim yunan filosofu olan Aesop'un evinə bir dostu qonaq gəlir. Dostu onu kitabların içində boğulmuş bir şəkildə görüb, ondan soruşur : - Belə yalnız şəkildə burda necə otura bilirsən? Heç darıxmırsan? - Bilirsən? Aesop heç başını belə qaldırmadan sualı cavablayır : mənim yalnızlığım kitablarımdan ayrılan zaman başlayır. © Aesop ( Ezop ) 💫🖤
Bəzi insanları səbəbsiz sevərsən. Bəzilərini isə min səbəb axtarar, yenə də sevə bilməzsən. © Neyzen Tevfik 💫🖤
Artığ nifrət, qəzəb ya da kin dolu hissləri daşımağ istəmirəm.
Həsrət qalmışıq ürəyi gözəl insanlara.