Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Leyla

Leyla
@ThisisLeyl
𝐂𝐨𝐠𝐢𝐭𝐨, 𝐞𝐫𝐠𝐨 𝐬𝐮𝐦
30 okur puanı
Şubat 2021 tarihinde katıldı
Sabitlenmiş gönderi
Televizoru aç > Kanalları aç > Seriallar > Müxtəlif show praqramlar > Mətbəxt praqramları > televizoru söndür. Bir kitab alın, yeddi hissəyə ayrın. Hər axşam serial,show praqramlar izləmək yerine 1 hissə kitab oxuyun. Həftədə 1, ildə 52 kitab edir.İnkişaf bu şəkildə başlayır" Aziz Sancar Əlavə olaraq qeyd edim ki, təbiətdəki heç bir şey düz xətt üzrə irəliləməz, insan həyatındakı nailiyyətlərdə düz xətt üzrə meydana gəlməz,az da olsa hədəfimizə doğru bir addım atmaq lazımdı.Bu addımlar artdıqca hədəfimizə,məqsədimizə daha tez çatarıq
Reklam
Leyla
@ThisisLeyl·Bir kitabı okumaya başladı
Bilinmeyen Bir Kadının Mektubu
Bilinmeyen Bir Kadının MektubuStefan Zweig
8/10 · 224,1bin okunma
Leyla
@ThisisLeyl·Bir kitabı okumayı düşünüyor
Hayatı Sorgulamak
Hayatı SorgulamakLev Tolstoy
7.1/10 · 95 okunma

Okur Takip Önerileri

Tümünü Gör
56 syf.
9/10 puan verdi
İnsan Neyle Yaşar?
İnsan Neyle Yaşar?Lev Tolstoy
8.3/10 · 191bin okunma
Reklam
Əksər köhnə evliliklərin uzun sürməsinin səbəbi cütlüklərin uyğunluğu yox, qadının acizliyidir. "Bir yastıqda qocalasız" burda romantik bir şey yoxdur,evliliyinə son qoya bilməyən dörd divar arasında sıxışan qadının çarəsizliyi var. Heç bir təhsili olmayan uşaq yaşda evləndirilmiş, uşaq sahibi olmuş, ailə evinə qayıda bilməyən,peşəsi olmayan və gəliri olmayan qadınlarımızın çarəsizliyi budur.Bir dəfə belə sevgi ilə toxunulmamış,gözəl sözlər eşitməyən, qadın olduğunu hiss etməmiş, saçları sığallanmamış, özləri üçün yaşamayan qadınların çarəsizliyi var. "İçki içməyən, qumar oynamayan, evinə bağlı" sözləri ilə şişirdilən, belə evlilik olduğunu düşünən valideynlər, bu dövr artıq bitdi, güclü və şüurlu təhsilli qızlar yetişdirməliyik ki, həyatını bir kişinin mərhəmətinə təslim etməsin, lazım olduqda istədiyi seçimi edə bilsin. Ailə qurmq müqəddəs deyil, Müqəddəs olan insanın insanca yaşama haqqı .
Sankt-Peterburq yerləşən Dostoyevskinin məzar daşına "Karamazov qardaşları" kitabının girişində də olan bu cümlə yazılmışdır "Sizə doğrusunu, doğrusunu deyirəm: əgər torpağa düşən buğda dənəsi ölməsə, tək qalacaq; ölsə bol məhsul verəcək"
Kiçik uşaq məktəbdən evə qayıdanda anasına bir kağız parçası verdi. Anasına dedi: "Müəllimim bu kağızı mənə verdi və yalnız sənə verməmi dedi" dedi. Anası göz yaşları içində qəzeti oğluna ucadan oxudu: "Oğlunuz dahidir. Bu məktəb onun üçün çox kiçikdir və onu öyrədəcək qədər müəllimimiz yoxdur. Zəhmət olmasa onu özünüz öyrədin. " Oğlanın anası uzun illər sonra dünyasını dəyişəndə ,​​əsrin ən böyük alimlərindən biri idi və bir gün köhnə ailə əşyalarını gəzərkən birdən çəkmənin küncündə qatlanmış bir kağız tapdı və açdı ... Kağız üzərində; Oğlunuz "qarışıq" (ruhi xəstə) uşaqdır. Artıq onun məktəbimizə gəlməsinə icazə vermirik ... " yazılmışdı Bunun üzərinə saatlarla göz yaşı tökən bu alim gündəliyinə aşağıdakı sətirləri yazdı: Thomas Alva Edison, qəhrəman bir ana tərəfindən əsrin möcüzəsinə çevrilən qarışıq bir uşaq idi.
Kabus qorxusundan yatmaq istəməyənlər çoxdur. Təəssüf ki, eyni qorxudan oyanmaq istəməyənlərdə çoxdur. Richelle Goodrich
Depressiyada olan bir insana "Niyə bu qədər pessimistsiniz? Baxın, orada mükəmməl bir həyat var " demək, nəfəs darlığı çəkən bir insana " Niyə bu qədər əziyyət çəkirsən ki? Bax hər tərəf hava" demək kimi bir şeydir.
Reklam
"İnsanlar aldanmaq istəyirlər. Çünki reallıqdan, yaşamaqdan qorxurlar. Bu səbəbdən də həmişə televizor izləyib fala baxırlar. Yalan danışsan səni sevərlər, ən çox səni sevərlər. Onlara həqiqəti xatırlatsan səndən uzaqlaşarlar, hətta sənə nifrət edəcəklər. " Charles Bukowski
Məhv etmək yalnız zalımların və cahil insanların işidir. İnsan zəkası ilə məğlub edə bilməyəcəyini anlayan kimi ya şiddətə əl atır, ya da pulun gücünə. Sənlə razılaşmadığı üçün birini məhv edə bilməzsən. Mədəni və ağıllı insanlar bunu etməzlər. Çox oxuyan və biliyin gücünə inanan hər kəs yalnız danışma yolunu seçə bilər. Sizinlə olmayanları məhv etmək əvəzinə, onu sizinlə biliyin və fikrin gücüylə düşünməyə məcbur etməlisiniz.
- Tanrının Günəşi bu qədər gözəldirsə bir də digərini xəyal et. + Digəri? Başqa bir Günəş? Bildiyim bir Günəş var, o da səmada. - Mən başqa bir Günəşdən bəhs edirəm, qəlbimizdə doğan Günəşdən, ümidlərimizin Günəşindən. Ümidlərimiz oyansın deyə qəlbimizdə doğan Günəşdən. Yaddaşıma yazdım bu cümləni, mənim Günəşim bütün insanların Günəşindən böyük və parlaq olacaq, ümidi tükənmiş insanlar adına da doğacaq.
161 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.