Müəllim, biz niyə burdayıq?
Bu sual sadə görünürdü, amma dərin idi, niyə, məqsəd,
burdayıq, mövcudluq, fəlsəfənin əsas sualı altı yaşlı
uşaqdan gəlirdi.
Müəllim düşündü, cavab vermək asan deyildi, yalan
demək asandı, deyə bilərdi ki, öyrənmək üçün, amma
öyrənmək məqsəd deyil, vasitədir, məqsəd nədir,
xoşbəxt olmaq, amma xoşbəxtlik nədir, heç kim bilmir.
— Çünki siz bilmək istəyirsiniz, — dedi nəhayət, və bu
cavab dürüst idi, bəlkə yeganə dürüst cavab, istək
kifayətdir, məqsəd istəkdən doğur, istəməyəndə məqsəd
də yox olur.
Amma başqa bir uşaq da soruşdu:
— Bəs siz nə qazanırsınız?
Bu da maraqlı sual idi, qazanmaq, bizim cəmiyyət
qazanmaq üzərində qurulub, hər şey mübadilə, mən sənə
verirəm, sən mənə verirsən, verməsən almaq yoxdur,
amma bəs sevgi, bəs sənət, bəs ulduzlara tamaşa, nə
qazanırsan ulduzlara baxanda, heç nə, amma yenə
baxırsan.
— Mən heç nə qazanmıram, — dedi müəllim, — amma
siz qazanırsınız və bu, mənim üçün kifayətdir. Çünki
mən müəlliməm.