Nigar Garibova

Nigar Garibova
@Towardssisu
24 okur puanı
Ocak 2022 tarihinde katıldı
Parfümer
8/10
·304 syf.··
2022 11. kitabı
·
125 günde okudu
·
Okunma: 04 Ağustos 2022 16:24
♧ Hadisələr XVIII əsr Fransasında baş verir. ♧ Əsərimizin baş qəhrəmanı Jan-Batist Qrenuy adlı biridir. Kitabda da Qrenuyun xüsusi və onu digər bütün insanlardan fərqləndirən istedadı, bu istedadın ona verdiyi xüsusiyyət sayəsində doğulduğu andan ölənədək yaşadıqları və yaşatdıqları yazılmışdır. ♧ Qrenuyu hamıdan fərqləndirən özəlliyi onun iyi bilmə qabiliyyəti, qoxulara olan həssaslığıdır. Beləki, o bütün var olan hər şeyi adı və görünüşü ilə deyil qoxusu ilə tanıyır.  Hətta o gözləri ilə deyil burnu ilə "görür". ♧ Bu fövqəltəbii xüsusiyyəti sayəsində müxtəlif parfümerlərin yanında şagirdlik edir və sənətin bütün incəliklərini öyrənir. ♧ Qrenuyun məqsədi qoxulara olan həssaslığından istifadə edib ölkənin ən yaxşı parfümeri olmaq deyil. ♧ Onun daha fərqli və qorxunc planları var. ♧ Bu planlarını həyata keçirmək üçün əsas  vasitə isə o, kürən saçlı qızın ətridir. ♧ İlk başda kitab elə də axıcı və cəlbedici deyildi. İlk 100 səhifədən sonra isə kitabdan ayrıla bilmirsən.
İnsan ve Duygular
ParfümerPatrick Süskind · Qanun Nəşriyyatı · 201727,3bin okunma
Reklam
Qatardakı Qız
9/10
·416 syf.··
2022 7. kitabı
·
49 günde okudu
·
Okunma: 31 Mart 2022 12:22
Paula Hokins Qatardakı qız. " Qatardakı qız"  romanı 3 qadının dilindən danışılan dedektiv romandır. Bu qadınlar Reyçl, Anna və Meqandır.  Hadisələr  hər səhər 8.04 qatarında Eşburidən Yustona  işə gedən Reyçlın bir zamanlar yaşadığı küçədəki  evlərə tamaşa etməsi ilə başlayır. Bu küçədəki ən sevdiyi ev isə 15 nömrəli evdir. Bu küçədəki digər evlər kimi Viktorian üslubda tikilmiş evdə yaşayan ailə ona öz itirdiyi ailəsini xatırladırdı.  Onun öz evi isə həmin küçədəki 23 nömrəli ev idi. Yəni nə vaxtsa onun evi olmuşdu. İndisə o evdə keçmiş əri Tom , onu yeni həyat yoldaşı Anna və qızları yaşayırdı.  Reyçl 15 nömrəli evdə yaşayan cütlüyə özündən adlar belə vermişdi. Ceyson və Cess.  Hər şey də məhs günlərin bir günü Reyçlın Cessi bir başqası ilə görməsi və itkin düşməsi ilə başlayır. Eyni zamanda Reyçl içki aludəçisidi və  içkili olanda nə etdiyini ayılanda heç cür xatırlaya bilmir. Və hadisələr elə baş verir ki, Cessin (əslində Meqan) itkin düşdüyü o şənbə gecəsi Reyçl hər şeyi görü lakin içkili olduğu üçün yenə heç nəyi xatırlamır. Bundan sonrakı hadisələr də Meqanın axtarışının başlanması ilə daha maraqlı hal alır. Bu axtarışda Reyçl kənarda qala bilmir , heç nəyi xatırlamasa da çox vacib nəyisə gördüyünü hiss edir. Bu hadisənin mərkəzində Reyçl, Tom, Anna və Skott( Cesson) yerləşməkdədir. Mən kitabı çox bəyəndim. Kitabın yazarı P. Hokins bir neçə uğursuz kitabdan sonra  bir qatar səyahəti zamanı bu ideya ağlına gəlir.  Və kitab çox uğurlu olur hətta New York Times Bestseller  siyahısına düşə bilir. " Hər gün qarşısından keçdiyiniz evlərdə, əslində, nələr baş verir? "
Edebiyat
Qatardakı QızPaula Hawkins · Xan Nəşriyyatı · 201613,6bin okunma
İki şəhərin hekayəsi
9/10
·420 syf.··
2022 6. kitabı
·
6 günde okudu
·
Okunma: 25 Mart 2022 18:17
Tarix 1789 14 iyul. Bütün Avropanı kökdən dəyişəcək Fransa inqilabının başlandığı an. Əsrlərdir əzab çəkən xalq artıq üsyan edir. Lakin bu üsyanın fəsadları hələ uzun illər davam edəcək, hələ yüzlərlə günahkar və günahsız insan "xanım Gilyotin"in qurbanı olacaq.  Bu günahsızlardan biri də Çarlz Evremond- Darney oldu. Çarlz Fransanın ən qəddar nəsillərindən biribin nümayəndəsidir. Lakin o öz soyadından və bütün haqqlarından imtina edib, şərəfli bir həyat yaşamaq üçün İngiltərəyə üz tutur. Bu zaman hörmətli bir həkimin qızı olan Lüsi Manettlə tanış olub evlənir. Lüsinin atası uzun illər ədalətsiz şəkildə Bastiliya həbsxanasında məhkum olub və ağılını itirib. Taleh elə gətirib ki, onun ağılını itirməsinə səbəb Çarlzın nümayənəsi olduğu nəsil olub. Məhs bütün hadisələr də bu həqiqətin ortaya çıxması ilə kəskin şəkildə dəyişir. Əsərdəki bütün hadisələr bir-biri ilə çox incə saplarla bağlıdı. Bu bağlılıq hadisələri anlamağa il başda çətinlik yaratsa da sonradan  məhz bu bağlılıq sayəsində kitab insanı özünə daha çox çəkir.  Eyni zamanda kitabdakı hadisələr Fransa tarixi  ilə yanaşı bütün Dünya tarixində dəyişikliklərə səbəb olan Fransa inqilabı ərəfəsində baş varən dövrü  özündə əks etdirdiyi üçün daha cəlb edici oldu mənim üçün. Kitabdakı hər obraz haqqında uzun-uzun yazmaq olar.  Ələxsus da Sidni Karton haqqında. Bu səbəbdən kitabı mütləq oxuyun.
1000Kitap
İki Şəhərin HekayətiCharles Dickens · Qanun Nəşriyyatı · 202576,5bin okunma
9/10
·312 syf.··
2022 5. kitabı
·
25 günde okudu
·
Okunma: 10 Mart 2022 13:30
– Vəhşini vur! Boğazın üz! Qanını tök! – Balıqulağının səsi eşidilir... hamı yığıncağa gəlsin. –Tüstü lazımdı. Tonqal qalamaq lazımdı. Xilas olunmalıyıq. – Ət lazımdı. Ova çıxmaq lazımdı. Uşaqları xilas etmək lazımdı. İlk öncə daxillərindəki vəhşidən. Sonra da adadan... Onlar başda saf və təmiz idilər. Lakin sonra... hər şey dəyişdi. Onlar daxillərindəki "pislik" və "təmizlik" arasında seçim etdilər. Piqqinin eynəyini qaytarın və ona qulaq asın. Ralf başçıdı, ona itaət edin. Cek ovçudu, ona yardımcı ovçular lazımdı. Balacaları sayın, neçə nəfər olduqlarına baxın. Simon, Rocer, Robert, Bill  və adını bilmədiklərimiz.  Hər kəs evə qayıtmaq istəyirmi ?! 
İnsan ve Duygular
Milçəklər TanrısıWilliam Golding · Qanun Nəşriyyatı · 201797,3bin okunma
Böyük Ümidlər
10/10
·564 syf.··
2022 3. kitabı
·
9 günde okudu
·
Okunma: 11 Şubat 2022 15:48
Əsər inanılmaz dərəcədə möhtəşəmdir. Oxuduqca sanki hər hadisədə Pipin yanında olduğunu hiss edirsən. Yaşananları Estella, Biddi və ya Co deyil də sən yaşıyırmışsan kimi gəlir insana. Əsərin bədii doyuruculuğu yüksək səviyyədə idi. Kitabın içinə o dərəcə daxil olursan ki, öz ümidlərinin hüsrana uğradığını düşünürsən. Əsərin möhtəşəmliyini, hissləri sözlərlə ifadə etmək mümküsüzdür. Oxuyaq və oxudaq
Edebiyat
Böyük ÜmidlərCharles Dickens · Teaspress nəşriyyat evi · 018,4bin okunma
Reklam