Nigar Garibova

Ömrünün sonuna doğru getdikcə elə təsəvvür yaranır ki, dövrə vurmaqla bir səfərə çıxmısan: yolun sonu başlanğıcla üst-üstə düşür, sona yetməkdə olan həyat həm də get-gedə öz ilkin başlanğıcına qayıdır... 
Sayfa 362·Kitabı okudu
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
- Biz öz xoşbəxtliyimizlə nə qədər güclüyüksə, o da öz bədbəxtliyiylə o qədər zəifdir!.   
Sayfa 241·Kitabı okudu
İntiqam alovuyla alışıb-yanan qadınlar tükürpədici səslə qışqırıb ona tərəf qaçdılar; onların hərəsi bir cür silahlanmışdı, amma hamısının əsas silahı aclıq və intiqam idi...
Sayfa 250·Kitabı okudu
Günəş hüzn və kədərlə qalxır, kədərli mənzərəni işıqlandırırdı: qəlbi təmiz hisslərlə döyünən, istedadlı insanın həyatda özünə yer tapa bilməməsi, pis adətlərin əlində aciz qalıb onların əsirinə çevrilməsi və son nəticədə bədbəxt olmasından kədərli bir mənzərə, yəqin ki,  yoxdur.    
Sayfa 106·Kitabı okudu
İki şəhərin hekayəsi
9/10
·420 syf.··
2022 6. kitabı
·
6 günde okudu
·
Okunma: 25 Mart 2022 18:17
Tarix 1789 14 iyul. Bütün Avropanı kökdən dəyişəcək Fransa inqilabının başlandığı an. Əsrlərdir əzab çəkən xalq artıq üsyan edir. Lakin bu üsyanın fəsadları hələ uzun illər davam edəcək, hələ yüzlərlə günahkar və günahsız insan "xanım Gilyotin"in qurbanı olacaq.  Bu günahsızlardan biri də Çarlz Evremond- Darney oldu. Çarlz Fransanın ən qəddar nəsillərindən biribin nümayəndəsidir. Lakin o öz soyadından və bütün haqqlarından imtina edib, şərəfli bir həyat yaşamaq üçün İngiltərəyə üz tutur. Bu zaman hörmətli bir həkimin qızı olan Lüsi Manettlə tanış olub evlənir. Lüsinin atası uzun illər ədalətsiz şəkildə Bastiliya həbsxanasında məhkum olub və ağılını itirib. Taleh elə gətirib ki, onun ağılını itirməsinə səbəb Çarlzın nümayənəsi olduğu nəsil olub. Məhs bütün hadisələr də bu həqiqətin ortaya çıxması ilə kəskin şəkildə dəyişir. Əsərdəki bütün hadisələr bir-biri ilə çox incə saplarla bağlıdı. Bu bağlılıq hadisələri anlamağa il başda çətinlik yaratsa da sonradan  məhz bu bağlılıq sayəsində kitab insanı özünə daha çox çəkir.  Eyni zamanda kitabdakı hadisələr Fransa tarixi  ilə yanaşı bütün Dünya tarixində dəyişikliklərə səbəb olan Fransa inqilabı ərəfəsində baş varən dövrü  özündə əks etdirdiyi üçün daha cəlb edici oldu mənim üçün. Kitabdakı hər obraz haqqında uzun-uzun yazmaq olar.  Ələxsus da Sidni Karton haqqında. Bu səbəbdən kitabı mütləq oxuyun.
1000Kitap
İki Şəhərin HekayətiCharles Dickens · Qanun Nəşriyyatı · 202576,5bin okunma