Tunzale Hamidli

İnsan təbiəti aynadır ,özü də çox şəffaf bir aynadır !
Reklam
hazırcavablıq, məncə , çox gözəl şeydir ; bu necə deyərlər ,təbiətin zinəti ,həyatın təsəllisidir.
O şey ki qırılmalıdır, onu qırmaq lazımdır - həmişəlik qırmaq ,vəssalam : əzabı da öz üzərindən götürmək lazımdır !

Reader Follow Recommendations

See All
elə təhqirlər var ki ,adam nə qədər istəsə də onu yaddan çıxara bilmir .Hər şeyin bir hüdudu var ,bu hüdudu aşmaq təhlükəlidir ;aşdınmı- geri qayıtmaq mümkün deyil .
Bir qisim adamlar var ki , onlar məclisdə çox nəzakətli olurlar ,xüsusilə başqalarının nəzakətli olmasını tələb edirlər ; lakin bir şey lap azca onların könlü istəyən kimi olmadıqda dərhal dəyişir , bütün mənəvi imkanlarını itirirlər ,bayaqdan məclisin açıq-saçıq ,gülən-danışan bir iştirakçısı olduqları halda un tayına dönürlər .
Reklam
Əbədiyyəti biz başa düşülməsi mümkün olmayan bir ideya kimi , çox iri ,yekə bir şey kimi təsəvvür edirik !
Böyük dərrakə və böyük qəlb sahibi olanlar əzab və iztirab çəkməyə borcludurlar .Mənə elə gəlir ki ,əsl böyük insanlar bu dünyada böyük kədər duymalıdırlar.
Kimin vicdanı varsa ,o əzab çəkəcək -əgər səhvini dərk eləsə.
Dahilər milyonda bir , bəşəriyyətin təkmilləşdirən böyük dühalar isə, bəlkə də ,həyatdan gəlib -keçən min -min milyondan bir doğulur .
Kilidləməyə bir şeyi olmayan adamlar- xoşbəxt adamlardır.
Reklam
Adamın öz ağılı ilə yalan deməsi - başqasının ,yad bir adamın ağılı ilə doğru deməsindən yaxşıdır ; öz ağlınla yalan deyəndə sən insansan ,özgəsinin ağılı ilə doğru deyəndə -sən ancaq quşsan! Doğru yerini tapar ,ancaq özgənin ağılı ilə durub-otursan ,həyatı gözübağlı keçirə bilərsən.
Yalan danışmaq - insanın bütün başqa məxluqata görə yeganə imtiyazıdır!
qüvvətsiz heç bir şey eləmək olmaz ,qüvvəti də qüvvətlə əldə etmək olar .
onlar qəribə bir razılıq hissilə bir-birinin ardınca qapıya sarı çəkildilər .Başına qəflətən müsibət gəlmiş bir adam hətta ən yaxın adamında da belə bir hiss oyadır; elə bir adam yoxdur ki , o lap ürəkdən yansa da, onda belə bir hiss əmələ gəlməmiş olsun.
249 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.