Tunzale Hamidli

Adamın öz ağılı ilə yalan deməsi - başqasının ,yad bir adamın ağılı ilə doğru deməsindən yaxşıdır ; öz ağlınla yalan deyəndə sən insansan ,özgəsinin ağılı ilə doğru deyəndə -sən ancaq quşsan! Doğru yerini tapar ,ancaq özgənin ağılı ilə durub-otursan ,həyatı gözübağlı keçirə bilərsən.
Reklam
Yalan danışmaq - insanın bütün başqa məxluqata görə yeganə imtiyazıdır!
qüvvətsiz heç bir şey eləmək olmaz ,qüvvəti də qüvvətlə əldə etmək olar .

Reader Follow Recommendations

See All
onlar qəribə bir razılıq hissilə bir-birinin ardınca qapıya sarı çəkildilər .Başına qəflətən müsibət gəlmiş bir adam hətta ən yaxın adamında da belə bir hiss oyadır; elə bir adam yoxdur ki , o lap ürəkdən yansa da, onda belə bir hiss əmələ gəlməmiş olsun.
Reklam
yeni nəsildə daha çox aydın fikirlər, necə deməli ,daha çox tənqid var : daha çox işgüzarlıq var ...
yalan yaxşı şeydir ,ona görə ki , doğruya yol açır .
təmiz ,namuslu ,həssas adam açıq danışır ,amma işgüzar adam qulaq asır ,yeməyini yeyir ,sonra da məhv edir..
Gərək elə olsun ki , hər bir adamın heç olmasa , bir gedəsi yeri olsun !..
Bax ,həmişə də Şiller təbiətli gözəl insanlar belə olur : lap son dəqiqəyə kimi adamı tovuzquşu lələklərilə bəzəyirlər, lap son dəqiqəyə kimi pis bir şey olacağını nəzərə almırlar ,yaxşılığa ümid bağlayırlar ,işin aqibətini qabaqcadan hiss etsələr də _ həqiqəti öz-özlərinə əvvəlcədən qəti surətdə söyləmirlər ; elə bircə bu barədə düşünmək onların qəlbində nifrət doğurur ; onların bəzədikləri adam özü şəxsən onlara kələk gəlməyincə onlar həqiqətdən əlli -ayaqlı qaçırlar .
Reklam
mən buna sevinirəm ,çünki xəyalında da olsa bir zamanlar xoşbəxt olduğunu zənn edir .
İnsanlar ən çox nədən qorxur ?Bu çox maraqlıdır.İnsanlar ən çox atacaqları yeni addımdan , söyləyəcəkləri yeni sözdən qorxurlar..
Hər şey adamın öz əlindədir, ancaq o şeyin ki , adam yanından ötüb keçir ,əhəmiyyət vermir _bunu yalnız qorxduğu üçün edir ...
%39 (250/636)
Cinayət və Cəza
Cinayət və CəzaFyodor Dostoyevski
9.1/10 · 159.8k reads
376 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.