–Qəribədi ki, gün ərzində təkliyimi heç hiss etmirəm. İnsanlara qaynayıb-qarışıram. Onlarla deyirəm, gülürəm, əylənirəm. Ancaq evə qayıdıb başımı yastığa qoyduğum anda içimi qəribə hisslər bürüyür. Məhz o zaman yalnız olduğumu anlayıram. Ondan daha pisi, yalnız olduğumu anladığım halda belə heç kimi həyatımda istəmirəm. Dərdimin dərmanını bilib əlimlə itələmək kimi bir şeydi. Bundan daha pis nə ola bilər?
–Daha pisi, həyatında istədiyin ancaq bir nəfər var və sənin bütün dünyan onun ətrafında fırlanır. O bir nəfər də səninlə deyil, sənin deyil... Olmayacaq da. Dərdinin əlinlə itələyəcəyin dərmanı da yoxdu...