Ulviyya Has

Ulviyya Has
“Narahatlıqdan ən yaxşı dərman – insanın bütün vaxtını və qüvvəsini alan fəaliyyətdir”.
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Narahatlıq kimi qadını qocaldan, onu acıqlı edən və onun gözəlliyini bu qədər tez məhv edə bilən başqa nə isə çox azdır. Narahatlıq sifətə insanı özündən itələyən ifadə verir. O, bizi alt və üst çənələrimizi bir-birinə sıxmağa məcbur edir və bizim üzümüzü qırışlarla örtür. Narahatlıq sifətə qaşqabaqlı görkəm verir. Narahatlıqdan bizim saçlarımıza dən düşə, bəzi hallarda isə onlar hətta tökülə də bilər. Narahatlıqdan sifətin dərisi korlanır – onun üzərində müxtəlif səpmələr, dermatit və çibanlar əmələ gəlir.
Onun dostuma verdiyi birinci sual bu oldu: “Orqanizminizin bu vəziyyətini hansı emosional sarsıntılar meydana çıxarıb?” O, dostumu xəbərdar etdi ki, əgər narahat olmağa son qoymasa, onda ürək xəstəliyi, mədə xorası və diabet kimi ağırlaşdırıcı hallar yarana bilər. “Bu xəstəliklərin hamısı, – dedi həkim, – yaxın qohumlardır”. Sözsüz ki, onlar yaxın qohumdur, axı onların hamısını doğuran narahatlıqdır!
“narahatlığın, qorxunun, qərəzli münasibətin... doğurduğu xoşagəlməz emosiyalar orqanizmdəki kalsiumun balansını poza və kariyes meydana çıxara bilər”.
Qorxu narahatlıq doğurur. Narahatlıq sizi qıcıqlanmış və əsəbi hala gətirir və mədənizin əsəblərinə təsir göstərir və həqiqətən də, mədənizin şirəsinin tərkibini dəyişir ki, bu da çox vaxt mədə xorasına gətirir