“Həyatımız adlandırılan bu qısa zaman kəsiyini biz nə qədər qəribə keçiririk, – yazır Stiven Likok. – Uşaq deyir: “Mən yeniyetmə olanda...” Bu axı nə deməkdir? Yeniyetmə deyir: “Mən yaşa dolanda...” Və nəhayət, yaşlı olanda o deyir: “Mən evlənəndə...” O, nəhayət, evlənir, lakin bundan çox az nəsə dəyişir. O fikirləşməyə başlayır: “Mən təqaüdə çıxa biləndə...” Ardınca isə o, təqaüd yaşına çatanda keçdiyi həyat yoluna boylanıb baxır; elə bil onun sifətinə soyuq külək vurur və onun qarşısında amansız həqiqət açılır – o, həyatında nələri əldən buraxıb, hər şey dönməz olaraq necə də gəlib-keçib. Biz həddən artıq gec başa düşürük ki, həyatın mənası həyatın özündə, hər bir günün və saatın ritmindədir”.
Bizlərdən istənilən birimiz ətrafımızdakılara münasibətdə qəlb zərifliyi, səbirlə, sevgi ilə, xoş niyyət və mehribanlıqla gün batana qədər yaşaya bilər. Həyatın əsl mənası da məhz elə bundan ibarətdir
Dünən baş verənlərə təəssüflənməkdənsə, mən öz vaxtımı, yaxşı olar ki, sabahın problemlərinin həllinə sərf edim. Bundan başqa, əgər mən özümə belə şeylərlə bağlı narahat olmağa izin versəm, elə də çox çəkmərəm
“Bizim hər birimizin əsas vəzifəsi – gələcəyin dumanlı uzaqlarına boylanmaq yox, hazırda gördüyümüz istiqamətdə qüvvəmizi əsirgəmədən fəaliyyət göstərməkdir”.