İnsan öz daxilinə yönəlir, özünə suallar verir, cavablar tapır. Özü ilə vaxt keçirib nizam-intizamlı olmağa çalışır. Bu da öz növbəsində zehni və fiziki görünüşümüzə də müsbət təsir göstərir. Daxilə yönəlmək deyəndə depressiyaya qapılmaq, insanlara nifrət etmək kimi neqativ psixoloji halları nəzərdə tutmuram. Özündə gedən prosesləri araşdıran, fikirlərini incələyən bir insan zehnindən bəhs edirəm.
Özünlə danışmaq? Burada nəsə ziddiyyətli bir şey var. Axı özünlə danışmağı insanların böyük əksəriyyəti qəbul etmir. Hətta bunu "zehni yormaq, vaxt itkisi" kimi qiymətləndirirlər. Bu, əslində, bir düşüncə xətasıdır və insanı səhv istiqamətə yönləndirir. Zehnin əsas işi düşünməkdir. Sən bunu dayandıra bilməzsən, əksinə, özünlə daha çox danışaraq düşüncəni daha da təkmilləşdirmə bilərsən. Heç fikir vermisən, insanların əksəriyyəti problemini ifadə edəndə və ya qeybət edəndə çox gözəl danışırlar. Səbəbi isə bu yöndə çox düşünüb çox danışmaqdır. Nəticədə bu mövzularda peşəkar natiqə çevrilirlər. Özünlə nə və necə danışmağın çox əhəmiyyətlidir.
Zor zamanlarda, zor şartlarda yetiştirilmiş erkeklerin zayıflık gösterme lüksü yoxdur. O yüzden en çok babalara lazım belki bu gösterge. Sevgisini, üzüntüsünü dışa vuramayan gururlu babalara...