Həyat bizə bircə dəfə verilir. Yaşamaq nədir, əslində? Yavaş-yavaş ölümə doğru addımlamaq. Biz çalışmalıyıq ki, bu yolda insan kimi addımlayaq, yeridikcə sağımızda-solumuzda bizi sevindirəcək xoş şeylər görək, həyatın ləzzətini dadaq.
Hələ uşaqlığından ölülər üçün verilən ehsanın mahiyyətini belə anlayırdı: ölü sahibi ona görə ehsan verir ki, adamlar gəlib yesinlər, qarınları doysun və əllərini göyə açıb ölən şəxs üçün "Allah rəhmət eləsin" desinlər.
Yorğunluq fizikidirsə, keçəcək, amma mənəvi yorğunluq bir az zaman alır. Bu cür yorğunluğun öhdəsindən gəlməyin ən yaxşı yollarından biri də bölüşməkdir.