'Bəyaz Gecələr' kitabını oxuduqca insan keçmişdən indiyə qədər bəzi insanların sadəcə öz hisslərini düşündüyünü daha yaxşı anlayıram. Mən demirəm ki, Nastenka sevmədiyi halda baş qəhrəmanın yanında dursun. Amma gerçəklik də budur ki, Nastenka sevdiyini unutmaq üçün baş obraza bərk bağlanmışdı. Mənə görə o oğlan həmin gün yox beş gün sonra da gəlsəydi, Nastenka yenə ona gedəcəkdi. Axırıncı səhnədə göndərdiyi məktubla da öz xoşbəxtliyinə kölgə düşməsin deyə sadəcə vicdanını rahatlatmaq istədi. Ən azından mənim anladığım budur. Və son olaraq mənim kitabdan çıxardığım nəticə Birindən sevgi gördüyündə özünü tam olaraq o insana həsr etmə, çünki kimsə özündən daha dəyərli deyil. Baş obraz uzun illər sevgisizliklə sınandığı üçün Nastenkanın onun sevgisi ilə özünü doyurduğunu görə bilmədi.