Abdullazadə

Abdullazadə
@Ulker_a
Puan vermedi·372 syf.··
2026 2. kitabı
Kitabın ortalarında Sabit dayı hekayəmizə daxil olmuşdu. Muradın təkliyinə, çıxılmaz bir zamanda tutacaq bir əl kimi var oldu. Və Murad daxilən sağalıb həyatına qaldığı yerdən davam edərkən mənim ağlım yenə tənhalığı ilə yaşamağa məhkum qalan Sabit dayıda idi. Amma kitabın sonlarında birilərinin sənin həyatına səbəbsiz yerə daxil olmadığını anlamış oldum.. ''Maraqlı bir yolçuluq idi.. ''
Qanadsız MələkAysel Şıxlı · Teas Press · 0408 okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Puan vermedi·224 syf.··
2026 1. kitabı
"Söyüdlü arx" mənim üçün sevginin ən təmiz rəmzidir. Nuriyyənin öz hisslərindən keçib mənəviyyatını seçməsi, bir ailəni dağıtmamaq üçün göstərdiyi o ləyaqətli duruşu hər kəs oxumalıdır. Hətta Səadətin qısqanclığına belə insanlıqla cavab verməsi çox təsirlidir. Amma mənim qəlbimi fəth edən Nəriman əmi oldu. Onun Qərənfilə olan illərlə dəyişməyən sədaqəti , sevgisi adamı həm kövrəldir, həm də fərəhləndirir. Hamımıza bir Nəriman əmi sevgisi lazımdır!
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 20201,307 okunma
Puan vermedi·360 syf.··
2025 6. kitabı
Ümumilikdə kitabdan çıxardığım nəticə belədir: Tək qalmaq insanı ən çox içindən yaralayır çünki insanın yanında kiminsə olmaması deyil, hisslərini bölüşəcək birini tapmaması onu həqiqətən tənhalaşdırır. Amma Sara Dessen göstərir ki, sevgi çox vaxt ən gözləmədiyin anda, ən hazırlıqsız olduğun bir anda çıxıb gəlir. Ona görə də insan nə qədər yaralansa da, ümidini qırmamalı, arzularından vaz keçməməlidir. Çünki həyat bir anın içində dəyişə bilir.
Bir Dəfə və HəmişəlikSarah Dessen · Yay Kitab · 07 okunma
Puan vermedi·208 syf.··
2025 3. kitabı
"Bəyaz Gecələr”i oxuyarkən anladım ki, bəzi insanlar başqasının sevgisini öz yaralarını sağaltmaq üçün istifadə edir. Nastenka baş obraza aşiq olduğu üçün yox, sevdiyini unutmaq üçün ona sığındı. Məncə, o oğlan beş gün sonra da gəlsəydi, yenə seçiləcəkdi. Axırdakı məktub isə vicdanı sakitləşdirməkdən başqa bir şey deyildi. Kitabın mənə dərsi sadədir: birindən sevgi gördün deyə özünü tam həsr etmə. Çünki heç kim özündən daha dəyərli deyil.
Beyaz GecelerFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 2024102,1bin okunma
Puan vermedi·336 syf.··
2025 5. kitabı
İnsanın bəzən düşünmədən davrandığı anlar olur. Özümüzü başqasının yerinə qoymuruq. Elə bu kitabda da gördüm ki, biz böyüklər də uşaqlar kimiyik: bir tərəfdən saf, bir tərəfdən isə bilmədən cəllad ola bilirik.
MucizeR. J. Palacio · Pegasus Yayınları · 201615,5bin okunma