Unutmaq istəmədiyim xatirələrim olduğu üçün yazıram; bəlkə də,
qəlbimin ucqar küncündəki ümidimin diri qalması üçün yazıram. Ya da
bunların heç biri... sadəcə, sənə söyləmək istəyib söyləyə bilmədiyim
hekayəmi qəlbimə sığdıra bilmədiyimdən yazıram
Sən çağırmışdınsa, mən gəlməliydim.
Ağına-bozuna baxmadan.
Mənsə gəlmədim....
Amma gəlməsəm də, sən həmişə vardın, sən həmişə oldun. Qəlbim heç
vaxt sənə xəyanət etmədi.