Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯
Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Burada elə əylənirik ki, yerdə qalan dünyanı düşünməyi unutmuşuq. Biz yerdə qalan bütün dünya kasıb oldu ğu üçün varlı deyilikmi? Mən yer üzündə insanların aclıq çəkdiklərini eşitmişəm. Amma biz toxuq! Mən bütün dünyanın ağır əməyə qatlandığını eşitmişəm. Amma biz əylənirik. Bəlkə, buna görə bizə belə nifrət bəsləyirlər? Nə vaxtsa çoxdan eşitmişəm ki, hamı bizə nifrət edir. Niyə? Nəyə görə? Sən bilirsən?.. Mən bilmirəm. Amma bəlkə bu kitablar gözümüzü açar! Bəlkə, heç olmasa onlar eyni dəhşətli səhvləri təkrar-təkrar buraxmaqdan qoruyar! Mən sənin o qonaq otağındakı axmaqların bu haqda nəsə danışdığını eşitməmişəm, Aman Tanrı, Milli, axı sən niyə başa düşmürsən? Əgər hər gün bir az oxusaq, nə bilim, gündə bir-iki saat, bəlkə, onda...
Lənət şeytana, içimdə nəsə qaynayır! Bunun nə olduğunu anlamıram. O qədər bədbəxtəm ki. O qədər hirsliyəm ki. Heç özüm də bilmirəm niyə. Mənə elə gəlir ki sanki içimdə gəlir ki durmadan şişirəm. Sanki içimdə həddən artıq çox şey saxlamışam... Amma nəyi, bax onu bilmirəm.