Tərcümədən tərcümə olunmuş bir əsər. Üstəlik də çox keyfiyyətsiz tərcümədir. Seymur Baycan bu tərcüməçi haqqında yaxşı yazı yazmışdı. Belə keyfiyyətsiz işlər görəndə fikirləşirəm ki, yəqin qarın toxluğuna tərcümə ediblər. Əsər yeniyetmələr üçün nəzərdə tutulub, fantastika janrındadır. Yeniyetmə bir oğlanın dəniz bədheybətinə qarşı mübarizəsindən bəhs edir.
Bu kitabı uzun müddət öncə oxumuşdum. Və fikirlərimi paylaşmaq istərəm.
Yeni ixtira olunmuş kəşfiyyat sualtı qayığı sınaq üçün dənizin dibinə göndərilir. Sınaq xarakterli olduğu üçün hərbçilərdən istifadə olunmur. Pul müqabilində könüllü mülki şəxslərdən ibarət 6 nəfərlik bir heyət yaradılır. 6 fərqli xarakterə və düşüncələrə sahib insanların yalnız tək ortaq nöqtəsi sualtı qayıqdan xilas olmaqdır. Qayıq dənizin dibinə göndərildiyi zaman onlara sualtı qayığın nasaz olduğu deyilir. Belə olduğu halda sualtı qayıq su üzünə çıxa bilmir. Elə bu anda hər şey tamamilə dəyişir..
Heyət içərisində hər kəs təşvişə düşür. Bu zaman könüllülərdən birinin silahı var və sadəcə bir mərmi..
Bu silahla yalnız aralarından bir nəfər acı çəkərək ölməyəcək. Bu zaman onlar bir oyun oynamaq qərarına gəlirlər. Düşünün! Oyunun qazananı belə məğlub sayılır. Oyunu qazanan şəxs ölməkdən ən çox qorxan digər könüllü dostunu vurur. Bu zaman radiodan səs gəlir: Nasazlıq digər sualtı gəmidə idi.
Sükut içərisində bir tərəfdə cansız bir bədən digər tərəfdə oyunu qazanmasına baxmayaraq həm məğlub həm də qatil olan bir kəs....
Sualtı TabutÜmüd Abbas Nihani · Mücrü Nəşriyyat · 09 okunma