Vəfa Hafiz

Vəfa Hafiz
@VafaPirMurad
•Şeir aşiqi, ədəbiyyat vurğunu...🩷 V.H Xəyyam da məndədir, Hafiz də məndə, Vaqif sevgisiyəm, Sabir səsiyəm!
Xəlil Rza Ulutürk
Xəlil Rza Ulutürk
#142201411
192 syf.
7/10 puan verdi
·
Liked
·
Read in 33 hours
Əsər tarixi-detektiv janrda yazılıb. Hadisələr XVII əsrdə, Səfəvilər dövlətində baş verir. Əsas obrazlarımız II Şah Abbas zamanında qurulmuş "Ədalət divanı"nın qulamı Barsoğlu və Mirzə İmandır. Qədim ipək ticarəti, gizli təşkilatlardan, müəmmalı qətllərdən bəhs edən romanın sonunda ölümlərin səbəbi Barsoğlu və Mirzə İman tərəfindən ortaya çıxarılır. Detektiv olaraq zəif olsa da, tarixilik baxımından xoş əsər idi. Hadisələr, məkanlar, istifadə olunmuş arxaizmlər oxuduqca xoş təsir yaradır, XVII əsrin Səfəvilər dövləti, o dövrdəki insanların həyatı oxucunun gözləri önündə canlanır...
Qırmızı Qar
Qırmızı QarAnar Ismayıl · Qanun Nəşriyyatı · 201633 okunma
Reklam
104 syf.
8/10 puan verdi
·
Liked
·
Read in 13 hours
"Xəsis" (fr. L'Avare) — məşhur fransız dramaturqu Molyerin komediya janrında yazdığı beş pərdəli əsəridir.  Hadisələr Parisdə baş verir. Əsərin əsas qəhrəmanı varlı və xəsis Qarpaqondur. Qarpaqon olduqca xəsisdir. O heç kəsə inanmır və pulu hər şeydən üstün tutur. Övladları ilə münasibəti pisdir. Onların sevdikləri ilə evlənmələrinə mane olur. Sırf cehiz tələb etmədiyi üçün qızını yaşlı bir adamla evləndirmək istəyir və s. Lakin bütün konfliktlərə rəğmən əsər xoş sonluqla bitir. Olduqca axıcı, güldürən, düşündürən gözəl bir əsərdir. Zövqlə, bitməsini istəmədən oxudum. Xoş mütaliələr. "Nəyimizə gərəkdir mal-mülk, dadını çıxaracaq gözəl çağlarımız keçdikdən sonra?.."
Cimri
CimriMolière · Türkiye İş Bankası Kültür Yayınları · 202222.2k okunma
416 syf.
6/10 puan verdi
·
Read in 6 days
Əsərin məzmunu ilə bağlı məlumat ehtiva edir.
Qabriel Markuez sevərək oxuduğum, fərqli üslubuna heyran olduğum yazıçıdır. "Vəba günlərində eşq" yazıçının yaradıcılığından oxuduğum 6-cı kitabı oldu. Amma tərcümədənmi, ya kitabın mövzusundanmı qaynaqlıdır bilmirəm, çox həvəslə oxumağa başladığım kitabı zövq almadan, çətinliklə oxuyub bitirdim. Kaş türkcə tərcüməsini oxumuş olsaydım
Vəba Günlərində Eşq
Vəba Günlərində EşqGabriel Garcia Marquez · Qanun Nəşriyyatı · 20209k okunma

Reader Follow Recommendations

See All
150 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 3 days
Filologiya Elmləri Namizədi Ayaz Vəfalının "Füzuli öyrədir" əsəri dahi şairimizin zəngin poeziya xəzinəsi ilə şifahi xalq ədəbiyyatının, folklorun əlaqəsi kimi mühüm bir məsələyə həsr olunmuşdur. Müəllif burada Füzuli poeziyası ilə xalq yaradıcılığının qarşılıqlı təsirini araşdırmış və biz oxuculara təqdim etmişdir. Kitab "Xalq poeziyası, xalq hikməti", "Əfsanə ilə deyilən həqiqət" və "Füzuli öyrədir" başlıqları altında üç fəsilə bölünür. Birinci fəsildə ("Xalq poeziyası, xalq hikməti") müəllif xalq poeziyası olan bayatılarla Füzuli qəzəllərini müqayisə edir, bu bayatıların şairin yaradıcılığına olan təsirini göstərir. İkinci fəsildə ("Əfsanə ilə deyilən həqiqət") ərəb əfsanəsi olan "Leyli və Məcnun"la Füzuli "Leyli və Məcun"u qarşılaşdırılır. Nəhayət, üçüncü fəsildə ("Füzuli öyrədir") Füzulinin özündən sonrakı şairlərə olan təsirindən söz açılır, Molla Pənah Vaqif, Qasım bəy Zakir və s. şairlərin yaradıcılığındakı Füzuli izləri ortaya qoyulur. Zövq alaraq oxuduğum və yeni bilgilər topladığım bir kitab oldu. Xoş mütaliələr... "Füzuli bu gün də öyrədir... Böyük, zəngin yaradıcılığı ilə, xalqdan nəyi və necə öyrənmək sirlərini dərindən-dərinə əks etdirən dühası ilə öyrədir."
Füzuli öyrədir
Füzuli öyrədirAyaz Vəfalı · Bakı "Gənclik" · 19771 okunma
80 syf.
10/10 puan verdi
·
Liked
Əsərin məzmunu ilə bağlı məlumat ehtiva edir.
"İlk müəllimim" Çingiz Aytmatovun kiçik həcmli əsəri - povestidir. Yazıçı bu povestində qəhrəmanların simasında qırğız xalqının ruhunu, yaşayış tərzini və psixologiyasını parlaq boyalarla əks etdirmişdir. Əsərin əsas qəhrəmanı gənc Dyuşendir. Dyuşen xalqı qaranlıq keçmişdən parlaq gələcəyə keçirmək uğrunda mübarizə aparan gənc obrazdır. Onun məktəb yaratmaq, uşaqlara bilik vermək istəyi, bu yolda qarşılaşdığı maneələr və bir müəllimin şagirdin həyatındakı rolu əsərin əsas mövzusunu təşkil edir. Əsərdəki əsas qəhrəmanlardan bir digəri də Dyuşenin şagirdi Altınaydır. Dyuşen min bir əziyyətlə Altınayın təhsil alması üçün çalışır və buna nail olur. Hadisələri hazırda bir universitetdə müəllim işləyən Altınayın gənc rəssama yazdığı məktubundan oxuyuruq. Altınay məktubda ilk müəllimindən sevgi ilə bəhs edir, Dyuşenin onun həyatındakı silinməz izindən ürək dolusu söz açır: "Niyə insanların izi xatirəsi əziz olan yerlərdə əbədi qalmır? Əgər mən Dyuşenlə dağdan qayıdarkən yeridiyimiz cığırı tapa bilsəydim dizlərimi yerə vurub müəllimimin ayaq izlərini öpərdim. O cığır mənim yollarımın başlanğıcı, həyata, özümə qayıdışım oldu." "İlk müəllimim" birnəfəsə oxunacaq, kiçik olsa da çox dərin və təsirli əsərdir. Müəlliminin həyatında böyük izi olan bir şagird olaraq çox bəyəndim:) Tövsiyyə edirəm. Kitabla qalın... “Bir müəllim, bir şagird, bir kitab və bir qələm dünyanı dəyişə bilər.” - Məlalə Yusufzay
İlk Öğretmenim
İlk ÖğretmenimCengiz Aytmatov · Nora Kitap · 20182 okunma
Reklam
Reklam
40 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.