Adətən həyatda elə əxlaqlı və ağıllı, müdrik və insan nəslinin ciddi təəssübkeşlərinə rast gəlinir ki, onlar bütün ömürlərini məhz bacardıqca nəcib əxlaqla və ağılla, öz ətrafları üçün bir örnəyə çevrilərək yaşamağı qarşılarına məqsəd qoyublar, sübut etməyə çalışıblar ki, yer üzündə əxlaqlı və ağıllı ömür sürmək, həqiqətən də, mümkün imiș.
Bəs bunun sonu necə olub? Məlumdur ki, o cür təəssübkeşlərin çoxusu gec-tez, ömürlərinin sonuna doğru seçdikləri yola xəyanət ediblər, özlərindən sonra bir lətifə, həm də son dərəcə mənasız bir lətifə qoyub gediblər.
Sayfa 49 - Parlaq İmzalar Nəşriyyatı.·Kitabı okudu
İnsanoğlu küt bir məxluq deyildir... Amma o, küt olmasa belə, hər halda hədsiz dərəcədə nankordur! İnanılmaz dərəcədə nankordur! Hətta, məncə, insanın məğzini göstərmək üçün ən dəqiq ifadə budur: o, ikiayaqlı və nankor məxluqdur.
Sayfa 48 - Parlaq İmzalar Nəşriyyatı.·Kitabı okudu
Barbarlıq dövrünün insanına nisbətən indiki insan bəzi şeyləri daha aşkar görsə də, idrakın və elmin diktəsinə uyğun hərəkət eləməyi hələ də tam bacarmır.
Sayfa 40 - Parlaq İmzalar Nəşriyyatı.·Kitabı okudu
İnsanoğlu müəyyən sistemə və abstrakt nəticəyə nə dərəcədə düşkündürsə, o, həqiqəti qəsdən təhrif etməyə, gözləriylə gördüyünü, qulaqlarıyla eşitdiyini isə danmağa daim hazır olur - təki öz məntiqinə sadiq qalsın.
Sayfa 38 - Parlaq İmzalar Nəşriyyatı.·Kitabı okudu